Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub.
"Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb.
Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəli olan "Demokratik Qüvvələr Alyansı" (ADF) qruplaşmasının üzərinə qoyurlar.
Hücum edənlər bir neçə məhəlləyə basqın edib, 50-yə yaxın evi və ticarət obyektlərini yandırıb, aptekləri və tibb mərkəzlərini qarət edib, bundan sonra isə meşədə gizləniblər.
Bu, bir həftə ərzində ADF qruplaşması ilə əlaqələndirilən artıq ikinci hücumdur. Noyabrın 3-də silahlı şəxslər Lubero rayonundakı Maykenqu kəndinə də hücum etmişdilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 79 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
7 noyabrPutin fərman imzaladı, Yaponiya etiraz etdi
Yaponiya Xarici İşlər Nazirliyi "Japan Tobacco İnternational" şirkətinin Rusiyadakı aktivlərinin "Promışlennıye Aktivı" şirkətinin müvəqqəti idarəçiliyinə verilməsi qərarı ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevə etirazını bildirib. xəbər verir ki, bu barədə Yaponiy
6 noyabrTürkiyədə keçmiş nazir həbs edilib
Türkiyənin keçmiş Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya qanunsuz əməliyyatlarla bağlı istintaq çərçivəsində saxlanılıb. xəbər verir ki, o, qanunsuz maliyyə əməliyyatları aparmaqda və cinayətkar təşkilatın üzvü olmaqda şübhəli bilinir. Onun əri İlyas Kaya və Türkiyə Kapital Bazarları Şurasını
6 noyabr