İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır: İlk dəfə 2026-cı ildə silah göndəriləcək

İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır: İlk dəfə 2026-cı ildə silah göndəriləcəkİtaliya Ukraynaya hərbi dəstəyini davam etdirmək üçün yeni yardım paketi hazırlayır. Bu, 2026-cı ildə Romanın Kiyevə təqdim etməyi planlaşdırdığı ilk hərbi yardım paketi olacaq.

Reuters-in məlumatına görə, İtaliyanın müdafiə naziri Quido Krozetto noyabrın 10-da ölkə parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinə yeni yardım paketi barədə məlumat verəcək. Paketin məzmunu məxfi saxlanılsa da, Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan Aster tipli raketlərin göndərilməsi ehtimalı var.

Söhbət Fransa və İtaliyanın birgə istehsal etdiyi SAMP/T hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərdən gedir. Bu sistemlər Ukraynanın Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumlarından qorunması baxımından əhəmiyyətlidir.

Yeni yardım paketinin təqdim edilməsi hələ yekun qərar deyil. Bunun üçün müvafiq təsdiq prosedurları həyata keçirilməlidir.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, baş nazir Corcia Meloni, xarici işlər naziri Antonio Tayani və müdafiə naziri Krozetto Ukraynaya hərbi dəstəyin davam etdirilməsini dəstəkləyirlər. Lakin baş nazirin müavini Matteo Salvini və onun təmsil etdiyi Liqa Partiyası yeni silah tədarükünə qarşı çıxır.

İtaliyanın Ukraynaya hərbi yardım göstərmək üçün mövcud icazəsi 2026-cı il dekabrın 31-dək qüvvədədir. Bu müddətin 2027-ci ilə qədər uzadılması isə hələ də qeyri-müəyyəndir.

Məsələnin gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində İtaliya siyasətində daha ciddi mübahisələrə səbəb olacağı gözlənilir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 189   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qazaxıstan rus ölkəsidir" deyən şəxs həbs edilib

Qazaxıstanın Almatı şəhərində supermarketdə mühafizəçi ilə qalmaqal yaradan və "Qazaxıstan rus ölkəsidir" deyən şəxs 20 sutka inzibati həbsə məhkum edilib. " "ə istinadən xəbər verir ki, hadisə mühafizəçinin əlində enerji içkisi olan alıcıdan qəbz istəməsi ilə başlayıb. Kişi qəbz

4 noyabr
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

4 noyabr
.

ABŞ-da aralıq seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı 58,7 milyona çatıb

ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində erkən səsvermədə iştirak edənlərin sayı rekord həddə çataraq 58,7 milyona yüksəlib. "Al Jazzera" xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Laboratoriyasının təhlilində bildirilib. Məlumata görə, təxminən 210 milyon qeydə alınmış seçicini

3 noyabr
.

NATO Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələri istisna etmir

NATO-nun yenilənmiş müdafiə strategiyası Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını da nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, iyun ayında NATO-d

4 noyabr
.

Çin sədrinin müavini Türkiyə və Gürcüstana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstanda səfərdə olacaq. xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpinqin xüsusi nümayəndəsi Han Çjen Türkiyə Prezident

4 noyabr
.

CCTV: Qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb

Bütün dünyada qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb. "Report" Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, müvafiq məlumatlar Çendu şəhərində böyük pandaların mühafizəsi üzrə beynəlxalq konfransda təqdim olunub. Qeyd edilib ki, qapalı şəraitdə saxlanıla

3 noyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Vaşinqtondan yeni zərbələr, Tehran isə cavab hazırlayır

ABŞ və İran arasında hərbi qarşıdurma təhlükəsi yenidən gündəmə gəlib. Hörmüz boğazında baş verən hadisələr, ABŞ-ın İranın strateji ərazilərinə endirdiyi zərbələr və tərəflərin qarşılıqlı bəyanatları regionda vəziyyəti daha da gərginləşdirib. Məlumatlara görə, ABŞ qüvvələri İranın Qeşm adasında yerləşə

4 noyabr
.

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri

3 noyabr
.

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Bişkekdə (Qırğızıstan) 21 min dollar məbləğində dələduzluqda şübhəli bilinən prokurorluğun xanım "polkovnik"i saxlanılıb. xəbər verir ki, bu barədə Qırğızıstan mediası Baş Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb. Şübhəli bilinən 38 yaşlı E.U. əvvəllər dəfələrlə cinayət məsuliyyətin

4 noyabr