Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət isə tarixi Qələbənin mahiyyətini, onun siyasi və geosiyasi nəticələrini, eləcə də Azərbaycanın gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm strateji mesajlarla yadda qaldı.

Dövlət başçısının müraciətini Xankəndidən ünvanlaması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu, sadəcə müraciətin səsləndirildiyi məkanın seçimi deyil, Azərbaycanın tarixi Qələbəsinin və bərpa edilmiş suverenliyinin nümayişidir. Uzun illər işğalın, separatizmin və erməni təcavüzünün simvoluna çevrilmiş Xankəndidə bu gün Azərbaycan dövlətinin bayrağı dalğalanır, dövlətçilik institutları fəaliyyət göstərir, quruculuq işləri aparılır. Bu reallıq Azərbaycanın hərbi Qələbəsinin siyasi nəticələrinin nə qədər fundamental olduğunu göstərir.

Prezident İlham Əliyevin müraciətinin əsas istiqamətlərindən biri 44 günlük Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyətinin qiymətləndirilməsi idi. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan müharibə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ərazi bütövlüyümüzü döyüş meydanında bərpa etdi. Bu Qələbə onilliklər ərzində davam edən danışıqlar prosesinin nəticəsizliyinə, işğalın yaratdığı humanitar fəlakətə və beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəsizliyinə verilmiş tarixi cavab oldu.

Müharibənin nəticələri yalnız azad edilən ərazilərlə məhdudlaşmadı. Azərbaycan regionda yeni siyasi reallıq yaratdı, Cənubi Qafqazda qüvvələr nisbətini dəyişdirdi və beynəlxalq münasibətlər sistemində öz mövqelərini daha da möhkəmləndirdi. Şuşanın azad edilməsi bu prosesin həlledici mərhələsi oldu. Mədəniyyət paytaxtımızın azadlığı hərbi baxımdan strateji üstünlük yaratmaqla yanaşı, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan mənəvi qələbəyə çevrildi.

Bu məqamda xüsusi vurğulanmalıdır ki, Azərbaycanın Zəfəri təsadüfi hadisə deyildi. Bu, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın formalaşdırılmasının, müasir ordu quruculuğunun və milli həmrəyliyin məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın hərbi, iqtisadi və diplomatik potensialını gücləndirdi. Ölkəmiz bir tərəfdən beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etdi, digər tərəfdən isə müharibəyə hazırlıq və müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atdı.

Zəfərin ən böyük siyasi nəticələrindən biri 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasıdır. 2020-ci ildə əldə edilmiş hərbi Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi təmin olundu, 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpası ilə bu tarixi proses başa çatdı. Beləliklə, Azərbaycan öz ərazisində konstitusiya quruluşunu və dövlət hakimiyyətini tam təmin etdi. Bu, müasir dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biridir.

Prezidentin müraciətində diqqət çəkən əsas məqamlardan biri də Zəfərin qorunması və gələcək nəsillərə ötürülməsi məsələsidir. Çünki hərbi Qələbə nə qədər möhtəşəm olsa da, onun davamlılığı güclü dövlət institutlarının, iqtisadi inkişafın, müdafiə qabiliyyətinin və milli birliyin qorunmasından asılıdır. Dövlət başçısının Azərbaycanın bundan sonra daha da güclü olması ilə bağlı fikirləri də məhz bu strateji yanaşmanın ifadəsidir. Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız hərbi potensialla deyil, həm də iqtisadi dayanıqlılıq, texnoloji inkişaf, enerji təhlükəsizliyi və beynəlxalq tərəfdaşlıqların səmərəliliyi ilə müəyyən olunur.

Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifə Zəfərin yaratdığı imkanlardan maksimum istifadə edərək yeni inkişaf mərhələsinə qədəm qoymaqdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri həmin strategiyanın mühüm istiqamətidir. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir avtomobil və dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, enerji və kommunikasiya infrastrukturunun yaradılması dövlətin uzunmüddətli inkişaf planlarının tərkib hissəsidir.

Böyük Qayıdış Proqramı isə bu prosesin humanitar və sosial mahiyyətini ortaya qoyur. Doğma yurdlarından didərgin düşmüş insanların mərhələli şəkildə öz torpaqlarına qayıtması tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindəndir. Artıq azad edilmiş ərazilərdə yaşayışın, təhsilin, sahibkarlığın və sosial xidmətlərin bərpası Qarabağın gələcəkdə Azərbaycanın mühüm iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır. Bu torpaqlarda həyatın yenidən canlanması Azərbaycanın müharibədən sonra da qurucu və inkişafyönümlü siyasət həyata keçirdiyini nümayiş etdirir.

Müraciətin ideoloji baxımdan mühüm istiqamətlərindən biri də Azərbaycançılıq məfkurəsinin önə çəkilməsidir. Azərbaycanın tarixi Zəfəri bütün vətəndaşlarımızın birliyinin və həmrəyliyinin nəticəsidir. Müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlətçilik ideyası ətrafında birləşməsi ölkəmizin ictimai-siyasi sabitliyinin əsas dayaqlarındandır. Azərbaycançılıq ideyası yalnız milli kimliyin ifadəsi deyil, həm də müstəqil dövlətin qorunmasına, milli maraqların müdafiəsinə və gələcək nəsillərin məsuliyyət ruhunda yetişdirilməsinə xidmət edən fundamental ideoloji platformadır.

Zəfər Gününün digər mühüm əhəmiyyəti şəhidlərin xatirəsinin yaşadılması və qazilərin fədakarlığının dövlət siyasətində daim diqqət mərkəzində saxlanılmasıdır. Azərbaycan xalqı öz qəhrəmanlarını heç vaxt unutmayacaq. Şəhidlərimizin həyatını Vətənə qurban verməsi, qazilərimizin göstərdiyi şücaət milli yaddaşımızın ayrılmaz hissəsidir. Onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik məktəbi, dövlətə və torpağa sədaqət nümunəsidir.

Prezident İlham Əliyevin müraciətində ifadə olunan əsas siyasi mesaj ondan ibarətdir ki, Azərbaycan qazandığı tarixi Qələbəni qorumaqla yanaşı, gələcəkdə daha güclü, daha müasir və daha qüdrətli dövlətə çevrilməlidir. Bu hədəfə çatmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, müdafiə sənayesinin gücləndirilməsi, insan kapitalına investisiya və beynəlxalq mövqelərin möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Beləliklə, Zəfər Günü müraciəti Azərbaycanın keçmişinə verilən qiymətlə yanaşı, gələcəyinə yönəlmiş siyasi proqram xarakteri daşıyır. 2020-ci ildə qazanılan Qələbə, 2023-cü ildə tam bərpa edilən suverenlik və hazırda Qarabağda aparılan quruculuq işləri vahid dövlətçilik strategiyasının ardıcıl mərhələləridir. Azərbaycan bu gün müharibədən sonrakı dövrün çağırışlarını yeni imkanlara çevirərək inkişaf yolunda inamla irəliləyir.

Zəfər Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq. Bu Qələbə sübut etdi ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli siyasi iradə ən mürəkkəb problemlərin həllində həlledici amildir. Prezident İlham Əliyevin müraciətinin əsas qayəsi də məhz bu həqiqətin gələcək nəsillərə çatdırılması, əldə edilmiş nailiyyətlərin qorunması və daha qüdrətli Azərbaycanın qurulmasıdır. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, Azərbaycanımız daim müstəqil olsun!

Mahir Süleymanlı
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 158   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr