Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar.
Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir? Baku TV mövzu ilə bağlı qarışqa saxlayan şəxslə söhbət edib.
"Camaat şir saxlayır, sən də qarışqa saxlayırsan?" İlk dəfə bu videolardan birini görəndə mənim də ağlımda belə bir sual yarandı: niyə insan qarışqa saxlasın ki? Əvvəlcə videoya əhəmiyyət vermədim. Amma sonradan müxtəlif şəxslərin bu barədə paylaşımları bir neçə dəfə qarşıma çıxdı. Bundan sonra düşündüm ki, niyə də olmasın? Beləliklə, bu hobbiyə marağım yarandı.
İlk ana qarışqamı tapdım və onun üçün uyğun şərait yaratdım. Əsas məqsədimiz ana qarışqanın sıfırdan koloniya qurması prosesini müşahidə etməkdir. Onun qidalanmasını, yumurtalardan qarışqaların çıxmasını, koloniya daxilindəki mübarizəni, müxtəlif qidalara reaksiyasını, hansı qidaları bəyənib-bəyənmədiyini izləyirik. Torpağın altında baş verən və qarışqaların bizdən gizli saxladığı bütün bu prosesləri xüsusi şəraitdə öz gözlərimizlə müşahidə edə bilirik", - deyə qarışqa saxlayan şəxs bildirib./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi