Konstitusiyanın qəbulundan sonra Azərbaycanın inkişaf modelində nə dəyişdi? - AÇIQLAMA

Konstitusiyanın qəbulundan sonra Azərbaycanın inkişaf modelində nə dəyişdi? - AÇIQLAMA"1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın tarixində ilk fundamental konstitusiya sənədidir. Həmin vaxta qədər ölkədə qüvvədə olan Konstitusiya sovet dövrünün Konstitusiyası əsasında müəyyən dəyişikliklər və düzəlişlər edilməklə formalaşdırılmışdı. Təbii ki, bu sənəd müstəqil Azərbaycan dövlətinin inkişafı, təhlükəsizliyi, tarixi və ictimai-siyasi münasibətlərinin bütün aspektlərini əhatə edə bilmirdi. Bu, müəyyən mənada təbii idi, çünki Azərbaycan yeni müstəqillik əldə etmiş dövlət idi. Lakin 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlətçilik tarixinə, müasirliyinə və gələcək inkişafına uyğun məzmunu özündə əks etdirən Konstitusiya qəbul edildi".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

"Bu Konstitusiyanın qəbulu Azərbaycanın həm daxili inkişaf modelinin, həm xarici siyasət konsepsiyasının, həm də vətəndaşların hüquq və azadlıqlarının müəyyənləşdirilməsi baxımından çərçivə sənədi rolunu oynadı. İlk növbədə, ölkənin xarici siyasətinin çoxşaxəli və milli təhlükəsizlik maraqlarına uyğun istiqamətdə qurulmasının əsasları müəyyənləşdirildi. Vətəndaşların fundamental hüquq və azadlıqlarının təsbit olunması da Konstitusiyanın mühüm əhəmiyyət daşıyan aspektlərindən biri idi. Eyni zamanda, hakimiyyət bölgüsü prinsipi və hakimiyyətin əsas mənbəyinin xalqın iradəsi olduğunun bəyan edilməsi bu sənədin başlıca məziyyətlərindən sayılırdı.

İlk dəfə olaraq Konstitusiyada müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu və onun tarixi ərazilərinin bir hissəsində təşəkkül tapdığı qeyd edildi. Bunun dövlətçilik tariximiz baxımından böyük əhəmiyyəti var idi.

Bundan başqa, həmin Konstitusiyada separatizmlə əlaqələndirilən Dağlıq Qarabağ anlayışının konstitusion çərçivədən kənarda qalması da mühüm məqam kimi qiymətləndirilə bilər. Ümumilikdə, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın bir sıra baxımdan mühüm dövlət sənədi hesab edilməsi üçün ciddi əsaslar var. Sonrakı dövrlərdə dövlətçilik prosesləri dərinləşdikcə yeni reallıqlara uyğun olaraq Konstitusiyaya müəyyən dəyişikliklər də edildi. Bununla belə, müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olunmuş sənəddir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 202   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

11 noyabr
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11 noyabr
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

11 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr
.

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill

9 noyabr
.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10 noyabr
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11 noyabr
.

Xankəndidə qələbə təntənəsinin nümayişi

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar

11 noyabr
.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr