Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş (FOTO)
Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn və əl yükündə odlu silaha aid patronlar aşkar edilən Samit Bəşirovun məhkəmə prosesi başa çatıb.
Qaynarinfo Xitab24.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.
Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən S.Bəşirov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona bir il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında həmin şəxsin əl yükü stasionar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli görüntülər müşahidə olunub. Daha sonra aparılan yoxlama zamanı əl yükündəki ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkar edilib.
Ekspertiza nəticəsində patronların zavod üsulu ilə istehsal edilmiş, 9x18 mm kalibrli və atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.
Samit Bəşirov məhkəmədə patronların ona məxsus olmadığını bildirib. Onun sözlərinə görə, Moskvada tanımadığı bir şəxs Bakıya göndərilməsi üçün ona bir qutu verib.
Rusiya vətəndaşı olan təqsirləndirilən şəxs, həmçinin Moskvada hava limanında üç gömrük nəzarətindən keçdiyini, lakin heç bir problemin aşkarlanmadığını deyib. O, sonda törətdiyi əməldən peşman olduğunu bildirib.
Qeyd edək ki, S.Bəşirov 2013-cü ildə Pekində keçirilən uşu-sanda üzrə dünya çempionatının qalibi olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 385 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
14 noyabrPensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14 noyabrGələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
15 noyabrBirdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
15 noyabrŞəhidin ata-anası qəzada yaralandı - Fotolar
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdl
13 noyabr7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
14 noyabrPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13 noyabrİkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
15 noyabr