Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışırAvropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Dublində Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa liderləri həm iqtisadiyyatın məhsuldarlığının və dövlət xidmətlərinin keyfiyyətinin artırılması imkanlarına, həm də onunla bağlı risklərə diqqət yetirərək, süni intellektin ilk dərinləşdirilmiş müzakirəsini aparıblar. Onun sözlərinə görə, görüş iştirakçıları 2027-ci ilin fevralında keçiriləcək növbəti qeyri-rəsmi sammitdə süni intellektin müzakirəsinə qayıtmaq barədə razılığa gəliblər.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz növbəsində, Avropanın süni intellekt infrastrukturunun genişləndirilməsi planlarını təqdim edib.

O bildirib ki, Aİ-də tədqiqatçılar və startaplar üçün açıq olan 19 AI-fabrik artıq yaradılıb və hazırda daha böyük yeddi AI-qiqafabrikin qurulmasına hazırlıq gedir. Onun sözlərinə görə, bu layihələrə təqribən 30 milyard avronun ayrılması planlaşdırılır.

Fon der Lyayen vurğulayıb ki, texnoloji suverenliyə nail olmaq üçün Avropaya ən azı 500 milyard avro, o cümlədən çip istehsalının, hesablama güclərinin və qabaqcıl süni intellekt modellərinin inkişafına investisiyalar tələb olunacaq. O qeyd edib ki, 2025-ci ildə Aİ müəssisələrinin orta hesabla 37%-i süni intellektdən istifadə edib. İttifaq ölkələri arasında bu göstəricinin 66%-ə çatdığı Finlandiya liderlik edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 150   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

15 noyabr
.

Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı

Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus

14 noyabr
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

14 noyabr
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14 noyabr
.

"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər

"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin

15 noyabr
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14 noyabr
.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk

15 noyabr
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15 noyabr
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15 noyabr