Rusiyalı turistlər Gürcüstana Azərbaycan vasitəsilə gedə bilərlər

Rusiyalı turistlər Gürcüstana Azərbaycan vasitəsilə gedə bilərlərRusiyanın Nəqliyyat Nazirliyi Gürcüstan aviaşirkətlərinin bu ölkəyə uçuşlarını iyulun 8-dən etibarən müvəqqəti olaraq dayandırdığını bəyan edib. Gürcüstan turizm istiqaməti olaraq ətraf ölkələrin diqqətini daima cəlb edib. Belə ki, turist axınının xeyli hissəsi Rusiyanın payına düşür. Bununla yanaşı, turizm məqsədilə Azərbaycandan da Gürcüstana böyük axın var.

Cari ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 10% artaraq 2127 142 nəfər təşkil edib. Ötən ay Gürcüstana ən çox Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları səfər ediblər. Azərbaycandan Gürcüstana gedən turistlərin sayı yanvar-iyun aylarında illik müqayisədə 8,8% artıb.

Rusiyadan Gürcüstana təyyarə uçuşlarına müvvəqəti qadağa qoyulduğu müddətdə Azərbaycan Rusiyadan daha çox turist cəlb etmək üçün nə edə bilər? Azərbaycan eyni zamanda Gürcüstan turizm bazarındakı boşluğu doldurmaq üçün nə kimi dəstək ola bilər?

"Report"un araşdırmasında bu sualları cavablandırmağa çalışdıq.

"Report"a açıqlamasında Azərbaycanın bu fürsətdən istifadə etməsinin vacibliyini bildirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovun sözlərinə görə, hazırda digər ölkələr də Rusiyadan turist cəlb etmək istiqamətində çalışırlar.

N.Bağırov bir mühüm məqama da toxunub: "Rusların əksəriyyəti Gürcüstanla birgə Azərbaycanın da daxil olduğu turları seçirdilər. Gürcüstana səfərlər bağlandığı üçün onlar Azərbaycana da gəlmək istəməyəcəklər. Artıq bunun fəsadlarını hiss etməyə başlamışıq. Belə ki, Azərbaycana da səyahətin daxil olduğu birgə turlar ləğv olunub".

Azərbaycanın Gürcüstana dəstəyi məsələsinə toxunan ekspert qeyd edib ki, Gürcüstana getmək istəyən turistlər Azərbaycan üzərindən ya avtobusla, ya da təyyarə ilə gedə bilərlər: "Bununla bağlı elə Gürcüstanın müvafiq dövlət qurumuna təkliflər gönədərmişik. Təklif ondan ibarətdir ki, Rusiyadan gələn turistlər bir gün Azərbaycanda qalmaqla, daha sonra ya avtobus, yaxud da təyyarə vasitəsilə Gürcüstana yollanırlar. Hazırda Gürcüstan tərəfi Bakıdan avtobusla Gürcüstana gedişhaqqının turistlər üçün tam pulsuz olması ilə bağlı müzakirələr aparır".

Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə "Report"a açıqlamasında bildirib ki, Agentlik Rusiyada Azərbaycan turizmin təbliği istiqamətində işlər aparır: "Rusiya Azərbaycan üçün ən mühüm bazarlardan biridir. Artıq Rusiyada təbliğat işlərini artırmışıq".

O əlavə edib ki, regionda yaşana biləcək gərginliklər bütün region dövlətlərin turizminə ziyandır: "Düşünmürük ki, Gürcüstana getməyə çətinlik çəkən Rusiya vətəndaşları qısa müddət ərzində istiqamətlərini dəyişib Cənubi Qafqaza üz tutacaqlar. Lakin bir neçə faizlik artım ola bilər".

BF turizm şirkətinin direktoru Marina Gəncəyeva həm Azərbaycana, həm də Gürcüstana bir neçə günlük səfərləri nəzərdə tutan turların avropalı və rusiyalı turistlər üçün cəlbedici ola biləcəyini dilə gətirib: "Hazırda əlimizdə həm Azərbaycanı, həm də Gürcüstanı görmək istəyən avropalı turistlərdən çoxlu sorğular var. Eyni sistem Rusiya istiqamətində də tətbiq oluna bilər. Yəni bir neçə gün Azərbaycanda keçirdikdən sonra onları Gürcüstan sərhədinə aparmaq olar, qonşu ölkədə də bir neçə gün qaldıqdan sonra Azərbaycan üzərindən vətənə qayıda bilərlər".

Gürcüstanlı politoloq Bədri Naçkebiya Azərbaycanın rusiyalı turistləri Gürcüstana yönəltməkdə ciddi rol oynaya biləcəyini irəli sürüb. Rusiya hökumətinin Gürcüstana uçşuşlara qadağa qoymasını "böyük səhv" kimi dəyərləndirən politoloq Gəncə Beynəlxalq Hava Limanının bu məsələdə mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Gəncəyə gələn rusiyalı turistlər bu gözəl şəhəri və ətraf yerləri gəzib-dolaşdıqdan sonra Gürcüstana yollana bilərdilər. Bunun üçün Gürcüstan-Azərbaycan birgə turist marşrutu hazırlana bilər. Belə bir marşrutu hazırlamaqda Gəncə şəhər rəhbərliyi də iştirak edə bilər", - deyən gürcü politoloq bunun hər iki tərəf üçün sərfəli olacağı qənaətindədir: "Birgə turist marşrutu hazırlansa, hər iki ölkə qazanar. Gürcüstan və Azərbaycan həm xarici turizm gəlirlərini artırar, həm də qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirər".


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 2782   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayır - FOTO

BƏƏ-yə məxsus "Wizz Air Abu Dhabi" aviaşirkəti bu gün Abu-Dabi – Bakı – Abu-Dabi istiqamətində aviareyslərə başlayır. xəbər verir ki, aviaşirkət bu gün Bakıya ilk aviareysini həyata keçirəcək. Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq. Biletlər "

14 avqust 2021
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020
.

Pandemiya dövründə azərbaycanlılar ən çox bu ölkələrə gedib

Azərbaycandan xaricə istirahət üçün gedənlər əsasən Türkiyə və Gürcüstana üz tutur. bildirir ki, bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib. C.Aşırov qeyd edib ki, quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar bu ölkələrə hava yolu ilə gedirlər:. "Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib

2 avqust 2021
.

Avropada turistlər üçün ən bahalı ölkə

İslandiya turistlər üçün ən bahalı Avropa ölkəsidir. "Report" "Eurostat-a istinadən xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən, İslandiyada malların qiymətləri 2017-ci illə müqayisədə 56% artıb və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir. Portalın statistikasına əsasən

29 iyul 2019
.

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var. - a istinadən xəbər verir ki, "TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib. Danimarka 26 iyun tarixinə qədər Avrop

19 may 2021
.

Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki illərə görə artıb.

Cari ilin birinci yarısında Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 mln. manat olub. "Report"-a istinadən xəbər verir ki, onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaql

29 iyul 2019
.

Türkiyədə zəlzələ qeydə alınıb

Türkiyənin Tünceli vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, hadisə yerli vaxtla saat 00:22-də qeydə alınıb. Yeraltı təkanların episenti Pülümür rayonunda olub

15 noyabr 2020
.

İran və İraq arasında vizasız gediş-gəliş tətbiq ediləcək

İraqın Baş naziri Mustafa əl-Kazımi İrana rəsmi səfəri çərçivəsində ölkə prezidenti İbrahim Rəisi ilə görüşüb. xarici mətbuata istinadən xəbər verir ki, örüşdən sonrakı mətbuat konfransında İraq hökumət başçısı ölkələrin qarşılıqlı olaraq viza tələbini aradan qaldırdıqlarını bəyan edib. Kazımi builk

12 sentyabr 2021
.

Acarıstan Muxtar Respublikasına (MR) 70 673 Azərbaycan vətəndaşı səfər edib.

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 70 673 Azərbaycan vətəndaşı səfər edib. "Report"a istinadən xəbər verir ki, bu barədə MR-in Turizm və Kurortlar Departamentindən bildirilib. Hesabat dövründə Azərbaycan Acarıstana səfər edən əcnəbilərin sayı baxımında

29 iyul 2019