"Təxribatlardan ermənilər və onun havadarları zərər görəcək"
"Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir".
Bunu "MediaPost"a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Onun sözlərinə görə, hazırkı gərgin vəziyyətdə Azərbaycan hər iki dövlətlə - Türkiyə və Rusiya ilə normal münasibətlər saxlayıb düzgün siyasətini davam etdirməlidir:
"Tovuz rayonunda yerləşən strateji layihələr Ermənistanın yeni təxribatına yol açdı. Silahlı münaqişənin ilk günündən Türkiyənin mövqeyini bildirməsi Azərbaycan üçün hərbi-siyasi baxımdan çox əhəmiyyətli idi. Bu, həm də Ermənistana və onun havadarlarına mesaj idi ki, layihələr iqtisadi və siyasi baxımdan zərər görsə, Türkiyə bu layihələrə nəzarəti öz üzərinə götürəcək. Təbii ki, bu da Azərbaycanın xeyrinədir. Çünki Azərbaycanın başçılığı ilə Türkiyənin də olduğu layihələr hər iki ölkənin siyasi, iqtisadi və hərbi sahədə güclənməsinə səbəb olur. Bu layihələr bilavasitə yeni alternativlər açır".
R. Məmmədova bildirib ki, Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sazişə əsasən keçirilən təlimlərdən Ermənistan tərəfi narahatlıq yaşayıb:
"Türkiyə tərəfi açıq-aşkar dedi ki, Ermənistan Azərbaycanla müharibə aparsa, Türkiyə bu məsələyə nəinki fikrini bildirəcək, eyni zamanda, müharibəyə özü də qoşulub Azərbaycana dəstək göstərəcək. Türkiyənin başqa seçim yolu yoxdur. Bunlar çox ciddi çəkisi olan mesajlar idi. Bütün hallarda, təxribatdan erməni tərəfi və onun havadarları ziyan görəcək. Bu gün Azərbaycan regionda elə bir dövlətdir ki, balanslı siyasət yürütməlidir. Ona görə də həm Rusiya, həm də Türkiyə ilə dostluq əlaqələrini saxlamaq lazımdır. Azərbaycan strateji layihələrin təzyiq altında qalmaması və davamı üçün məsuliyyətli davranmalıdır. Eyni zamanda, Azərbaycan hansı yolla olur olsun, öz torpaqlarını işğaldan azad etməlidir.
Düşünürəm ki, Azərbaycan hər iki dövlətlə – Türkiyə və Rusiya ilə normal münasibət saxlayıb düzgün siyasətini davam etdirəcək".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1600 Tarix: 21 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunNəriman Axundzadə bu tarixdə ABŞ-yə yollanacaq
"Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin iki həftədən sonra ABŞ-yə yollanacağı gözlənilir. xəbər verir ki, bu barədə "Report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib. O, forvardın viza işləri tamamlana
12 fevralİranda etirazçılar 2 şəhərdə nəzarəti ələ keçirdi - VİDEO
İranın Abdanan şəhərində xalqın nəzarəti altına keçib. Melekşahda bütün rejim qüvvələrinin xalq tərəfindən şəhərdən qovulduğu bildirilib. xarici mediaya istinadla xəbər verir ki, İranın İlam əyalətinin Abdanan şəhərində başlayan kütləvi etirazlar sürətlə bütün şəhərə yayılıb. On minlərlə insan Abdana
7 yanvarUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunKDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyun