"Zevs"in qardaşına hökm oxundu
Dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az "Unikal"a istinadən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Hüseyn Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsinə bəraətverici əsaslarla xitam verilib. Yekun olaraq, təqsirləndirilən şəxsə 178.2.2 və 244-1.2.2 maddələri ilə cəmi 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən Hüseyn Quliyevin 10 il müddətə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çox sayda şikayət daxil olub.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələrlə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Müavinət, təqaüd və sosial yardımların ödəniləcəyi TARİX AÇIQLANDI
İlanlar yol kənarında birləşib rəqs etdi - VİDEO
Mürəbbə niyə günəş altında gözlədilir?
Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU
Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO
Prezident bir qrup dövlət qulluqçusunu təltif etdi - SİYAHI
Hüseyn Məhəmmədoğlu:"Get dişini düzəlt, pulun yoxdur?"
Orduda xidmət edən hərbçilərin saçları ilə bağlı mühüm qərar
Tez-tez dəyişdirməli olduğumuz 7 mətbəx əşyası
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
Tələbələrə ŞAD XƏBƏR: Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
Dənizdə batan 4 nəfərin FACİƏSİ: Qardaşlar Bakıya işləməyə gəliblərmiş
Ufuk Özkanın son halı - FOTO
"Hər an uçub başımıza düşə bilər" - Paytaxtda yaşayış binası qəzalı vəziyyətdədir - VİDEO