Azərbaycanda saxta əlilliyi ifşa olunan "müharibə əlili" həkimi döydü - ANBAAN VİDEO

Azərbaycanda saxta əlilliyi ifşa olunan "müharibə əlili" həkimi döydü - ANBAAN VİDEOSaxta əlilliyi ifşa olunan "müharibə əlili" həkim-ekspert qadını döyüb.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumat yayıb.

Bildirilib ki, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

Əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta "müharibə əlili" statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.

Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz ("kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya" və s.) təsdiqini tapmayıb.

Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib.

Ötən dövrdə saxta, "müharibə əlili" statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5337   Tarix: 07 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Netanyahu: "Livanla çərçivə sazişi İran üçün ciddi zərbədir"

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı çərçivə sazişini "İran üçün zərbə" adlandırıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Məlumata görə, Netanyahu Tehranın tələblərinin əksinə olaraq, təhlükəsizlik mülahizələrinə ilə bağlı İsrail qoşunlarının hələlik Cənub

27 iyun
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 31 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 40,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 dəfə çoxdur. Bu il iyunun 1-nə ölkədə 5,1 min kvadratmetr hazır məhsul ehtiyat

27 iyun
.

ABŞ İranı yeni zərbələrlə təhdid etdi

ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 26-da İranı yeni zərbələrlə hədələyib. xəbər verir ki, bu barədə vitse-prezident özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. ABŞ rəsmisi vurğulayıb ki, Tehran rəsmiləri istənilən vaxt Vaşinqtonla təmasa keçərək imzalanmış sazişdəki mübahisəl

27 iyun
.

Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır. Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?. -a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələ

28 iyun
.

Azərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 97 min 927 ton tomat ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 119,8 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon dollar (5,2 %) çox, həcm baxımında

27 iyun
.

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinl

27 iyun
.

Leyla və Arzu Əliyevalar "CandyFest" yay festivalını ziyarət edib, "Sehrli mirvari" su sirki şousunu izləyiblər

İyunun 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Bulvarında keçirilən "CandyFest" yay festivalını ziyarət ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib. Bildirilib ki

27 iyun
.

Yağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinl

27 iyun
.

Azərbaycan pambıq ipliyi istehsalını 44 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10,7 min ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur. Bu il iyunun 1-nə ölkədə 3,1 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki, 2025-c

27 iyun