Şirkət direktoru külli miqdarda mənimsəmədə ittiham olunur
"Ceyhun 1994" və "Sanqalan-M" MMC-in direktoru Ceyhun Qurbanzadənin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılan ibtidai istintaqla Ceyhun Qurbanzadənin qeyd olunan vəzifədə işləyərkən direktoru olduğu müəssisələrin Ağsu Rayon İcra Hakimiyyəti, rayonun Kommunal Müəssisələr Kombinatı, Mənzil İstismar Sahəsi, "Yaşıllaşdırma və Abadlaşdırma" MMC və RİH başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ildə keçirilən kotirovka sorğularında qalib elan edilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 31 min manat məbləğində pul vəsaitinin müxtəlif qanunsuz üsullarla müvafiq bank hesablarına köçürülüb nağdlaşdırmasına, iş həcmini şişirtməklə xeyli miqdar təşkil edən həmin məbləği mənimsəməsinə, eləcə də qeyd edilən qanunsuz hərəkətləri törədə bilməsi üçün müvafiq informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Ceyhun Qurbanzadəyə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 07 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Netanyahu: "Livanla çərçivə sazişi İran üçün ciddi zərbədir"
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı çərçivə sazişini "İran üçün zərbə" adlandırıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Məlumata görə, Netanyahu Tehranın tələblərinin əksinə olaraq, təhlükəsizlik mülahizələrinə ilə bağlı İsrail qoşunlarının hələlik Cənub
27 iyunAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 31 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 40,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 dəfə çoxdur. Bu il iyunun 1-nə ölkədə 5,1 min kvadratmetr hazır məhsul ehtiyat
27 iyunABŞ İranı yeni zərbələrlə təhdid etdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 26-da İranı yeni zərbələrlə hədələyib. xəbər verir ki, bu barədə vitse-prezident özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. ABŞ rəsmisi vurğulayıb ki, Tehran rəsmiləri istənilən vaxt Vaşinqtonla təmasa keçərək imzalanmış sazişdəki mübahisəl
27 iyunMəktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır. Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?. -a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələ
28 iyunAzərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 97 min 927 ton tomat ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 119,8 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon dollar (5,2 %) çox, həcm baxımında
27 iyunDYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinl
27 iyunYağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinl
27 iyunAzərbaycan pambıq ipliyi istehsalını 44 % artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 10,7 min ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur. Bu il iyunun 1-nə ölkədə 3,1 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki, 2025-c
27 iyun