Deputatdan toylarla bağlı ümidverən AÇIQLAMA : Avqustun 1-dən...
Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldılıb.
Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunub. Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib. Həmin tarixdən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan başlayaraq isə çimərliklərin fəaliyyətinə icazə veriləcək. Eyni zamanda, iyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.
Lakin 2020-ci ilin 15 martından etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlərin keçirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı müzakirələr aparılsa da, nəticə yoxdur.
Bu kateqoriyadan olan kütləvi tədbirlərə icazə nə zaman verilə bilər?Metbuat.az xəbər verir ki, Trend-ə açıqlamasında deputat Naqif Həmzəyev bildirib ki, avqustun 1-dən ölkəmizdə toy məclislərinin təşkilinə icazə verilə bilər:
"İstənilən halda, restoranda insanların toplaşmağı mümkündürsə, orada sosial məsafə qorunursa, müəyyən qaydalar tətbiq edilirsə, say məhdudiyyəti ilə toy məclisləri də təşkil edilə bilər. Mən düşünürəm ki, yoluxma artmayacağı təqdirdə avqust ayının 1-dən sonra toyların keçirilməsi ilə bağlı bir qaydanın verilməsinin şahidi olacağıq. Çünki artıq yoluxma sayı azdır, vaksinasiya tədbirləri həyata keçirilir, vaksinasiyada kütləvilik müşahidə olunur. İnsanlar COVID-19 pasportu əldə etmək istəyirlər. Düşünürəm ki, ən qısa vaxtda xoş xəbər eşidəcəyik. Bizim vətəndaşlarımız öz xeyir işlərini edə biləcəklər".Deputat əlavə edib ki, toy təşkilatçıları və qonaqlardan COVID-19 pasportu tələb oluna bilər: "COVID-19 pasportu hər yerdə, o cümlədən toylarda da tətbiq edilə bilər. Ancaq burada məsuliyyət həmin toyda iştirak edən vətəndaşların üzərində qalır. Çünki toy sahibi müraciət edəcək ki, gələn şəxsdə COVID-19 pasportu olsun. Orada aidiyyəti qurumlar tərəfindən istənilən şəxs yoxlanıla bilər. Əgər koronavirus pasport olmazsa, həmin şəxs cəzalandırıla bilər. Ancaq məsuliyyət həmin şəxsin üzərinə yox, toy iştirakçılarının üzərinə düşəcək. Hesab edirəm ki, artıq insanlarda da məsuliyyət var. Məncə, bununla bağlı heç bir problem olmayacaq. Çalışaq ki, daha az, 50-100 nəfər çərçivəsində bu tədbirlərin keçirilməsinə icazə verilsin. İnsanlarımız da ailə qurub xoşbəxt olsunlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6843 Tarix: 07 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Netanyahu: "Livanla çərçivə sazişi İran üçün ciddi zərbədir"
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı çərçivə sazişini "İran üçün zərbə" adlandırıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Məlumata görə, Netanyahu Tehranın tələblərinin əksinə olaraq, təhlükəsizlik mülahizələrinə ilə bağlı İsrail qoşunlarının hələlik Cənub
27 iyunAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 31 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 40,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 dəfə çoxdur. Bu il iyunun 1-nə ölkədə 5,1 min kvadratmetr hazır məhsul ehtiyat
27 iyunABŞ İranı yeni zərbələrlə təhdid etdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 26-da İranı yeni zərbələrlə hədələyib. xəbər verir ki, bu barədə vitse-prezident özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. ABŞ rəsmisi vurğulayıb ki, Tehran rəsmiləri istənilən vaxt Vaşinqtonla təmasa keçərək imzalanmış sazişdəki mübahisəl
27 iyunMəktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır. Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?. -a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələ
28 iyunAzərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 97 min 927 ton tomat ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 119,8 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon dollar (5,2 %) çox, həcm baxımında
27 iyunDYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinl
27 iyunYağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinl
27 iyunAzərbaycan pambıq ipliyi istehsalını 44 % artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 10,7 min ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur. Bu il iyunun 1-nə ölkədə 3,1 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki, 2025-c
27 iyun