Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"
"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyini göstərir".
Qaynarinfo xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində Ağdam əməliyyatından danışarkən deyib.
O bildirib ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu əsas zərbə istiqamətini ayrı yerə yönəldib və planları dəyişdidirib: "Döyüşlər, düzgün planlaşdırma nəticəsində biz müharibə vaxtı gücümüzün bir qismi ilə Ermənistan ordusunun Ağdam istiqmətində yerləşən qüvvələrini blokladıq. Yəni biz elə şərait yaratdıq ki, onlar hərəkət edə bilmədilər, hansısa qoşun orada onlara köməyə gələ bilmədi. Hətta biz Şuşa əməliyyatı keçirəndə onlar artıq oraya dəstəyə gələ bilmədilər. Bizim əməiyyatımız nəticəsində həm Suqovuşan, həm də Xocavənd istiqamətində bu qruplaşma praktiki olaraq mühasirəyə düşmüşdü".
Zakir Həsənov qeyd edib ki, əgər müharibə bir neçə gün davam etsəydi, orada olan bütün erməni hərbi qüvvələri tam mühasirəyə düşəcəkdi: "Ermənilər də bunu yaxşı bilirlər. Artıq ermənilərə ruslar izah etdilər ki, onları nə gözləyir. Praktiki olaraq ermənilər mühasirədə idilər, bir neçə gün sonra isə tam olaraq mühasirəyə düşəcəkdilər. Mən tapşırıq vermişdim, biz bütün toplarımızı o ətrafa cəmləşdirirdik. Bir neçə gün sonra hücum olmayacaqdı. Praktiki olaraq bütün o ərazi artilleriyadan şumlanacaqdı. Oradan bir nəfər də salamat çıxmayacaqdı. Ona görə də bunu başa düşüb, kapitulyasiyaya qol çəkdilər".
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 2916 Tarix: 26 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO
Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind
4 iyul 2021Füzulidə erməni hərbçisinin meyiti tapıldı
Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu
19 iyun 2021Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə
27 iyun 2021Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək
22 avqust 2021Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı
Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş
28 avqust 2021Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır
31 iyul 2021Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb
27 iyun 2021Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı
Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y
3 iyul 2021Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı
44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d
11 sentyabr 2021