100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR
Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub.
Sonxeber.az xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib.
Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyət nümayəndələri və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Rza Deqati Teleqraf.com-a açıqlamasında deyib ki, fotolarının mesajı dünyaya Azərbaycan həqiqətlərini çatdırmaqdır:
"Bir çox dünya ölkələri gözünü həqiqətin üzünə bağlayıb. Bütün ölkələrdə fotolarımla Azərbaycan həqiqətini çatdırmışam. Xarici vətəndaşlara bildirmişəm ki, dövlətinizin siyasəti fərqlidir və sizə yanlış informasiya veriblər. Həqiqəti fotomla, sözlərimlə çatdırıram. Fransa və Amerikaya Azərbaycan həqiqətlərini yanlış təqdim ediblər. Mən də 30 ildir ki, dünyaya bu mesajı çatdırıram".
Rza Deqati qeyd edib ki, əsərlərində insan ruhunu göstərir:
"Fotolarımın çoxu müharibə zonasında çəkilib. Məsələn, Bakıda Rus pravoslav kilsəsini təqdim etdiyim fotoda Azərbaycanda dini tolerantlığın mövcud olduğunu bildirmişəm. Kilsə sovet vaxtı dağılmışdı, sonra təmir edildi. Səbəb müharibə və savaş deyil. Dünyaya insanlığı göstərirəm. Mesajım o idi ki, 30 ildir ki, ermənilər Azərbaycan torpaqlarını işğal ediblər, amma azərbaycanlılar xristian kilsəsini bərpa edir".
Açıq havada təşkil edilən sərgidə Real TV-nin rəhbəri Mirşahin Ağayev, rejissor Yavər Rza iştirak edib.
Qeyd edək ki, fotoları ilə ölkənin qədim mədəniyyətinə, üzləşdiyi çətin məqamlara və 1987-ci ildən sonrakı təkamülünə yaxından şahidlik etmiş Reza Deqati dərc olunmamış fotoşəkillərdən ibarət seçilmiş kolleksiyası vasitəsilə qloballaşmaqda olan müasir cəmiyyətin yaşadığı bu zəngin diyarın mənzərəsini göstərir.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulTofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqust1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqust"Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
2 oktyabr