Hansı adət-ənənələrimiz ləğv olunmalıdır? - AÇIQLAMA
İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili -Azərbaycan dövlətçiliyi müasir mərhələdə
Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək, mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir". Bəs bizim artıq "köhnələn" və zamanəmizə uyğun olmayan adət-ənənələrimiz varmı?
Bununla bağlı sosioloq Əhməd Qəşəmoğlu Sonxeber.az-a açıqlama verərək adət-ənənələrimizin hər zaman qorunub saxlanmalı olduğunu qeyd edib:
"Mənim bununla bağlı konkret hazırladığım konsepsiyalar var. Onları "tərəqqi konsepsiyaları" adlandırıram. Yəni ölkədə tərəqqinin baş verməsi üçün 3 mühüm şərt gərəkdir: əhalinin fiziki sağlamlığı yaxşılaşdırılmalı, mənəvi zənginliyi yüksəlməli, insanlarda əməyə yaradıcı münasibət təlabatı artmalıdır. Bu 3 şərt qarşılıqlı olaraq yerinə yetəndə ölkədə tərəqqi baş verir.
O adət-ənənələrimiz ziyanlıdır ki, əhalinin fiziki sağlamlığına zərər gətirmiş, mənəvi zənginləşməsinə mane olmuş və əməyə yaradıcı münasibət təlabatının artmasının qarşısını almış olsun. Bir sözlə, 3 şərtə mane olan adət-ənənələrimiz ziyanlıdır. Əksinə, bu 3 şərtin daha da yüksək səviyyədə yerinə yetməsinə kömək eldən adət-ənənələrimizi, hətta unutdulmuş olsalar da, yenidən bərpa etməliyik. 100-200 il bundan əvvəl olubsa belə, bərpa olunmalıdır ki, 3 şərtə kömək etsin.
Adət-ənənələrimiz ləğv olunmamalıdır.
Adət-ənənələrin ləğv olunması bir xalq üçün ən böyük zərbədir. Xalqın bütün gücü onun mədəniyyət sistemindədir.
Bir xalqı, ölkəni dağıtmaq üçün indiki zamanda ən ciddi istifadə olunan metodlardan biri onun mədəniyyət sistemini dağıtmaqdır.
Adət-ənənələr burada mühüm rol oynayır. Ona görə də öz adətlərimizi dediyim meyyarlar baxımından araşdırmalıyıq. Vurğuladığım 3 şərtə kömək edənləri daha da gücləndirməli və genişlənməsi üçün şərait yaratmalıyıq".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alişan Bakıdadır - Konsert verəcək + FOTO
Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü
11 sentyabr 2021Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç
15 sentyabr 2021Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB
Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır
23 iyun 2021"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT
Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas
18 avqust 2021"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB
Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız
11 iyul 2021İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR
Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi
16 iyul 2021Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO
Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar
19 iyun 2021