Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub.
Sonxeber.az xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 18-də Bakıda H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü.Hacıbəylinin "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.
Ü.Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.
Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.
Qeyd edək ki, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalın ilk konsertlərindən biri Şuşa şəhərində açıq havada keçiriləcək. Sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək
A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini
3 iyul 2021"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO
Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa
10 iyul 2021"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı
"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki
27 iyul 2021"Fəryad 2" filmi çəkilir
Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd
8 iyul 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident
29 avqust 2021Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO
"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar
27 avqust 2021Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO
Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj
26 avqust 2021