"Qəbələ" "Səbail"i darmadağın etdi

"Qəbələ" "Səbail"i darmadağın etdiFutbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Sonxeber.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Səbai"i qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

İki dəqiqə sonra "Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Əlavə olunmuş birinci dəqiqədə Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib, 90+4-ci dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Qəbələ" birinci pilləyə yüksəlib. "Səbail" isə hələlik 6 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər oyununda "Zirə" "Sabah"ı qəbul edəcək. Sentyabrın 19-da "Neftçi" "Keşlə" ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" – "Sumqayıt" görüşü ilə yekun vurulacaq./Report/


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1758   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib

"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib

17 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF

23 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr