Tennisçimiz beynəlxalq turnirin qalibi OLDU

Tennisçimiz beynəlxalq turnirin qalibi OLDUAzərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

Sonxeber.az xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin 18 yaşlı idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı, turnirdə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar da çıxış ediblər. Turnirdə ümumilikdə 28 oğlan və 24 qız tennisçi yarışıb.

Təmsilçimiz Tamerlan Əzizov inamlı oyunu ilə diqqət çəkib. O, finalda rusiyalı Qriqori Şebekinə qalib gələrək çempion olub.

Azərbaycan Tennis Federasiyasının birinci vitse-prezidenti Salam Əsgərzadə mükafatlandırma mərasimində idmançıları təbrik edib və qarşıdakı yarışda onlara uğurlar arzulayıb:

"Federasiya olaraq tennis idman növünün təbliği üçün mütəmadi olaraq addımlar atırıq. Artıq Bakı Tennis Akademiyasında növbəti beynəlxalq yarışı təşkil etdik. Dünyanın müxtəlif ölkələrindən tennisçilər paytaxtımıza gəldi. Bir daha sübut etdik ki, biz hər zaman beynəlxalq yarışlar təşkil etməyə hazırıq. Qalib və mükafatçıları təbrik edir, onlara uğurlar arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1267   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya

17 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

Şarl Lekler: "Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir"

"Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir". xəbər verir ki, bunu "Formula-1" Azərbaycan Qran-prisi öncəsi təşkil olunan mətbuat konfransında "Ferrari" komandasının pilotu Şarl Lekler deyib. Monakolu pilot Bakıda keçirilən sıralama turlarında adətə

23 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr