Surinamın vitse-prezidenti 60 yaşında meydana çıxdı
KONKAKAF Liqasında qeyri-adi hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı klub turnirində meydana 60 yaşlı futbolçu çıxıb.
Bu, Surinam "İnter"i ilə Honduras "Olimpiya"sı arasında matçda baş verib. Surinamın vitse-prezidenti və "İnter"in prezidenti olan Ronni Bryunsviyk start heyətində meydana çıxaraq 54 dəqiqə oynayıb.
Onun şərəfini qoruduğu "İnter" 0:6 hesabı ilə uduzub. Maraqlıdır ki, "İnter"in ev oyunlarını keçirdiyi stadion da məhz 60 yaşlı siyasətçinin adını daşıyır.
Bryunsviyk KONKAKAF Liqası tarixinə ən qoca oyunçu kimi düşüb. O, əvvəllər də "İnter"in qitəmiqyaslı turnirlərdəki oyunlarında meydana çıxıb.
Qeyd edək ki, qalmaqalları ilə də yadda qalan klub prezidenti bir neçə dəfə uzunmüddətli diskvalifikasiya alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1017 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrOpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabr