Rusiyada daha bir tələbə qətliamının qarşısı alınıb
Rusiyanın Krasnoyarsk diyarının Krasnoturanski rayonundakı Cənub Aqrar texnikumunda oxuyan 18 yaşlı tələbə öz qrup yoldaşlarını öldürməyi planlaşdırıbmış.
Faktla bağlı cinayət işi başlanıb.
FTB məlumatı təsdiqləyib.
Bildirilir ki, o, cinayət barədə 2020-ci ildə düşünüb, cari ilin sentyabr ayında isə həyata keçirmək istəyib. Bu məqsədlə aerozol və patronlardan silah hazırlayıb, həmçinin bıçaqdan istifadə etməyi fikirləşib.
İstintaqın versiyasına görə, qanlı plana səbəb gəncin onu alçaldan və təhqir edən tələbə yoldaşları ilə münaqişəsi olub.
Hazırda gənc psixoloji xəstəlik şübhəsi ilə regional psixonevroloji dispanserdə müayinə olunur.
İstintaq aparılır, onun həbs olunması məsələsi müzakirə olunur.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın başqa bir şəhərində tələbə öz oxuduğu universitetə silahlı basqın etmişdi. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 28 nəfər yaralanıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1188 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrOpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabr