Zədələnmiş pullar necə dəyişdirilir? - RƏSMİ

Zədələnmiş pullar necə dəyişdirilir? - RƏSMİMərkəzi Bank və onun ərazi idarələri tərəfindən əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə əhaliyə xidmət göstərilir. Bununla bağlı Mərkəzi Bankın "Qaynar xətt"inə (966) müraciət oluna bilər.

Digər məsələ xüsusilə Azərbaycanda zədələnmiş xarici valyutalarda olan əsginasların yenisi ilə əvəz edilməsi prosesi necə həyata keçirildiyi ilə bağlıdır. Ölkəmizdə istənilən xarici valyutanın dəyişdirilməsi təmin edilirmi və ya əsginasların neçə faizi zədələndiyi halda onun dəyişdirilməsi mümkün olur və s. kimi suallara Mərkəzi Bank tərəfindən cavab verilib.

"Kommersiya bankları zədələnmiş xarici valyutada pul nişanlarının yararlı pul nişanına dəyişdirilməsini öz daxili qaydalarına uyğun olaraq həyata keçirə bilər".

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən Azərbaycanın Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bankdan Azərbaycanda zədələnmiş xarici valyutalarda olan əsginasların yenisi ilə əvəz edilməsi prosesinə aydınlıq gətirilib. Bildirilib ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq Mərkəzi Bank yararsız milli pul nişanlarının dəyişdirilməsini həyata keçirir, eyni zamanda, "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"na əsasən Mərkəzi Bank həqiqiliyi şübhə doğuran xarici valyutada olan pul nişanlarının ekspertizasını aparır:

"Müvafiq qaydalara əsasən kommersiya bankları xarici valyutada pul nişanlarının ekspertizasını apara bilər. Eləcə də, kommersiya bankları zədələnmiş xarici valyutada pul nişanlarının yararlı pul nişanına dəyişdirilməsini öz daxili qaydalarına uyğun olaraq həyata keçirə bilər".

Qeyd edilib ki, kommersiya bankları Mərkəzi Bank tərəfindən milli valyutaya nisbətdə rəsmi məzənnəsi müəyyən olunan xarici valyutada olan pul nişanlarını dəyişdirə bilər.

Əsginasların neçə faizinin zədələndiyi halda onun dəyişdirilməsi mümkün olduğu barədə də məlumat verilib. Belə ki, mövcud qanunvericiliyə əsasən saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əsginasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış milli pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

Əlavə edilib ki, zədələnmiş xarici valyutada pul nişanının dəyişdirilməsi qaydaları isə həmin xarici valyutanı tədavülə buraxan emitent bank tərəfindən müəyyən edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1620   Tarix: 29 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr