BDU-dakı izdihamla bağlı AÇIQLAMA

BDU-dakı izdihamla bağlı AÇIQLAMASentyabrın 29-da Bakı Dövlət Universitetində (BDU) əyani tədris prosesinə başlanılıb.

BDU-dan Lent.az-a verilən məlumata görə, Elmi Şurasının qərarı ilə, COVID-19 pandemiyası ilə əlaqədar tələbə sıxlığının aradan qaldırılması məqsədilə, mövcud maddi-texniki bazanı, auditoriya fondunu və auditoriyaların tutumunu, habelə 2021-ci ildən başlayaraq BDU-da "BLACKBOARD" elektron təhsil sisteminin tətbiqi ilə mühazirə dərsləri onlayn formada keçirilməsi üçün müvafiq şəraitin olduğunu nəzərə alaraq, mühazirə dərsləri "BLACKBOARD" platforması üzərindən onlayn forma­da, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək.

Əyani formada dərslər iki növbədə olmaqla keçiriləcək. Bunun üçün də auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə ediləcək.

Əyani formada dərslərdə iştirak edəcək tələbə və müəllimlərin sağlamlığının qorunması, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nın tələblərinə riayət olunması üçün bütün zəruri tədbirlər görülüb. Tədris binalarında profilaktik və preventiv tədbirlər gücləndirilib, sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət olunur.

BDU-nun giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılmışdır. Universitetə daxil olan hər bir əməkdaş və tələbənin COVID-19 pasportu yoxlandıqdan sonra quraşdırılmış cihazlar vasitəsilə hərarəti yoxlanılır, dezinfeksiya tunellərindən keçdikdən sonra tədris binalarına daxil olmalarına icazə verilir.

Hər bir fakültədə, auditoriyalarda, həyətyanı ərazidə əməkdaş və tələbələrin sosial məsafəni qorumasına, sanitariya-gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət olunur.

Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə tələbələrlə mütəmadi maarifləndirici tədbirlərə başlanılıb.

Xüsusi karantin rejiminin tələblərinə riayət olunması, xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə tələbə valideynlərindən BDU-nun qarşısında toplaşmamaq xahiş olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1925   Tarix: 29 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr