Əri tərəfindən polis şöbəsində öldürülən qadının səs yazısı yayıldı - AUDİO
Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın səs yazısı üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi səs yazısında dayısı qızı ilə danışan X.Məmmədova həyat yoldaşı İ.Məmmədovun ona qarşı zor tətbiq etdiyini deyir:
"Sona, salam. Axşamın xeyir. Neçə vaxtdır, elə onunla tanış olduğum gündən bu vəziyyətdəyəm. Son vaxtlar da münasibətimiz, danışıqlarımız, davranışlarımız lap pisdir. Yəni, onun davranışı. Bu gün artıq son idi. İşdən yarımçıq gəldi evə, döydü, söydü, çırpdı, vurdu, nə bilim telefonu əlimdən aldı. Başımı çırpdı divara, "şifonerə", yerə, nə bilim, şillə, təpik yumruq… Dedim İsmayıl, uşaqları da götürüb çıxıb gedəcəyəm. Telefonu əlimdən aldı, nömrəni qırdı ki, heç kimə zəng edə bilməyim. Qapını da çöldən bağlayıb işə getdi. Ürəyim partlayırdı. Bilmədim kimə necə xəbər verim, burdan uşaqlarla necə çıxım. Təzə evə köçmüşdük "Neftçilər"ə. Birdən o gedəndən sonra yadıma düşdü ki, bir açar qoymuşdum "sumka"ma. Qapını açdım, uşaqları geyindirib tez çıxdım.
Taksi axtardım ki, Biləcəriyə gedim. Məni görüb aparmaq istəmədi, qorxdu. Dedim nə qədər istəsən, verəcəyəm, bircə məni apar. Razılaşdı".
X.Məmmədova səsin davamında problemin qaynaqlandığı səbəbi də qeyd edib:
"Söhbət də onun üstündə oldu ki, Vaqifin məktəbi başladı. Uşağın məktəbi başlayandan bizim problemlərimiz var. Müəllimə "WhatsApp" qrup açıb. Allah kömək olmuş mənə "Iphone" telefon alıb, içində "YouTube"dan başqa heç nə yoxdur. Özünün ayrı bir nömrəsinə "WhatsApp" yükləyib. Mən də müəllimə demişəm ki, sal bu nömrəni qrupa mənim də məktəbdən xəbərim olsun. Müəllimə də demişəm ki, guya öz nömrəmdir".
Səs yazısının X.Məmmədovaya aid olmasını Oxu.Az-a onun qardaşı Aqil Əliyev təsdiq edib.
Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3894 Tarix: 04 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021