İranlı iş adamı azərbaycanlı şərikini öldürmək üçün cinayətkar dəstəyə sifariş verib - VİDEO

İranlı iş adamı azərbaycanlı şərikini öldürmək üçün cinayətkar dəstəyə sifariş verib - VİDEO2017-ci ildə iranlı iş adamı Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlini sifariş verdiyi şəxslərin məhkəmə işi tamamlanıb.
Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlini İlham Həsənov, Miskin Qasımov və Rəşad Qurbanova sifariş verib. Onlar da öz növbəsində bunu həyata keçirməyi tanışları Xəyal Paşayev və digər şəxslərə tapşırıblar.

İstintaqla müəyyən edilib ki, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar, Məhəmməd Əhmədov və qeyriləri 2017-ci il martın 29-u saat 17 radələrində Nəcəfovun yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gəlib, onu məcburi şəkildə "Mercedes" markalı avtomobilinə mindirib, Əhmədli qəsəbəsində yerləşən "Manqal" adlı kafeyə apararaq oğurlayıblar. Daha sonra Xəyal Paşayev V.Nəcəfovu vuraraq ondan İran vətəndaşına qaytarmalı olduğu 30 min dollar pul vəsaitini hədə-qorxu yolu ilə tələb edib. V.Nəcəfov pulu olmadığını bildirdikdə, dəstə üzvləri onu Məhəmməd Əhmədova məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparıblar. Orada V.Nəcəfova zor tətbiq edildikdən sonra zərərçəkmiş pul əvəzinə həyat yoldaşına məxsus qızıl əşyaları verməyə razılaşıb.

Dəstə üzvləri V.Nəcəfovu evinə apararaq arvadına məxsus 15 min manat dəyərində zinət əşyalarını qəbul ediblər və növbəti gün görüşməyə razılaşıblar. Sonra onlar V.Nəcəfovla görüşərkən Xəyal Paşayev Kənan Həsənova onu "Karvan" çay evinə aparmasını tapşırıb. Özü digər iki nəfərlə qızıl əşyaları satmaq üçün ayrı-ayrı şəxslərə müraciət edib. Lakin dəstənin tələblərinə qane edən qiymət verilmədiyindən, onları özlərində saxlayıblar. Daha sonra axşam saatlarında çay evinin qarşısında V.Nəcəfovu döyərək təhqir ediblər. Bu vaxt zərərçəkən üzərində gəzdirdiyi "Beretta" markalı tapançadan atəş açıb. Lakin dəstə üzvlərinin müdaxiləsi ilə V.Nəcəfovun müqaviməti qırıldıqda, Xəyal Paşayev əlindən silahı alıb, onun baş nahiyəsinə bir dəfə atəş açmaqla, zərərçəkmişi qəsdən öldürüb. Əsas təqsirləndirilən şəxslərdən biri - Xəyal Paşayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, o, qızıl əşyaları V.Nəcəfova verib, onlara 1500 manatdan artıq pul verilmədiyini bildirib. V.Nəcəfov isə ona qızılı girov qoyub, pul götürəcəyini deyib. Az sonra V.Nəcəfov sağollaşıb, evinə gedib, təxminən 15 dəqiqədən sonra onlar da kafedən çıxıblar. Həmin vaxt arxadan kimsə onu adı ilə səsləyib, buna görə arxaya dönüb və V.Nəcəfovun əlindəki silahı ona tərəf tuşladığını görüb. V.Nəcəfov atəş açan kimi, digərlərinə "qaçın" deyib, özü isə yerə yıxılıb. Münaqişə zamanı qolundan yaralanan X.Paşayev qonşusundan təcili yardım çağırmalarını xahiş edib. Təcili yardım briqadası həmin ünvana gəlib, onu xəstəxanaya aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin dekabrında məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Xəyal Paşayev 19, Kənan Həsənov və Bilal Bayramov 18, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunublar. Daha sonra 2021-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin sifarişçisi İran vətəndaşı Bəşir Qəhrəmani, habelə İlham Həsənov, Miskin Qasımov və Rəşad Qurbanov hər biri 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1810   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021