Azərbaycan BMT-də Gürcüstanı dəstəklədi
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyası çərçivəsində "Gürcüstanla əməkdaşlıq" adlı hesabat təqdim edilib.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, sənəddə Gürcüstanda insan haqları ilə bağlı vəziyyət və işğal altında olan Abxaziya və Cənubi Osetiyadakı durum əksini tapıb.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, toplantıda nazir müavini Aleksandr Xvtisiaşvili BMT-yə üzv ölkələrin nümayəndələrini işğal altında olan ərazilərdəki ağır humanitar vəziyyət barədə məlumatlandırıb.
O qeyd edib ki, işğalçılar tərəfindən qanunsuz olaraq dəmir məftillərin çəkilməsi, işğal xəttinin bağlanması və tibbi təxliyədən imtina edilməsi humanitar vəziyyətin pisləşməsi və insanların ölümü ilə nəticələnib.
Hesabatda vurğulanıb ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarın nümayəndələrinin əvvəlki illərdə olduğu kimi işğalda olan ərazilərə daxil olmasına icazə verilməyib. Sənəddə Abxaziya və Tsxinval bölgələrinə Ali Komissarlıq, digər beynəlxalq və ya regional təşkilatların nümayəndələrinin daxil olmasına şəraitin yaradılması ilə bağlı çağırış da yer alıb.
Sessiyada iştirak edən Avropa İttifaqı, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Estoniya, Latviya, Litva, Moldova, Polşa, Ukrayna, Finlyandiya və İsveç nümayəndə heyətləri Gürcüstana dəstək ifadə ediblər. Onlar Gürcüstanda insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş irəliləyişi alqışlayıblar, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstək ifadə ediblər. Gürcüstanın işğal altında saxlanılan ərazilərində insan hüquqları ilə bağlı vəziyyətdən narahatlıq da bildirilib.
Xatırladaq ki, Azərbaycan bu il artıq ikinci dəfədir ən ali beynəlxalq qurumda Gürcüstanı dəstəkləyir. Belə ki, bu ilin iyununda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 75-ci sessiyası çərçivəsində "Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə" qətnamə qəbul olunub və Azərbaycan sənədin lehinə səs verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1276 Tarix: 09 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrBakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi
26 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrTelekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy
27 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrBakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu
Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is
27 oktyabr