Tehran türklərin oyanmasından qorxur - İran vətəndaşları

Tehran türklərin oyanmasından qorxur - İran vətəndaşlarıSon günlər İranda ayrı-ayrı şəxslərin Azərbaycan əleyhinə çağırışları, habelə qonşuluq prinsiplərinə xələl gətirən davranışlar iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyib.

Sonxeber.az BBC-yə istinadən xəbər verir ki, sıravi İran vətəndaşları da bu ölkənin ayrı-ayrı şəxslərinin Azərbaycan əleyhinə, qonşuluq prinsiplərinə zidd fəaliyyət və açıqlamalarını pisləyirlər. Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Gəimi hesab edir ki, bu problemlərin kökü Qarabağ müharibəsinə gedib çıxır.

İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəblərdən biri olub. "Üstəlik, İsrailin sərhədinə yaxınlaşmasını Tehran ciddi təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən narahatdır", - o söyləyib.

"Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz", - Məhəmməd Gəimi əlavə edib.

Təbrizin 43 yaşlı sakini Elnaz Bərği hesab edir ki, İranın özü nə etdiyini bilmir: "Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, umumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı islam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır".

Həmədandan olan 46 yaşlı azərbaycanlı Əlirza Bahari hesab edir ki, Tehranı narahat edən yerli Azərbaycan əhalisidir.

"İranın bütün qorxusu bizik. İran İrandaki türklərin oyanmasından qorxur. Erməni və İsrail bəhanədir", - Əlirza Bahari deyib.

"Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran gurultu qoparar, amma savaşa girə bilməz. İran dünyada yalnızlaşıb və savaşa cəsarət edə bilməz", - Əlirza Bahari vurğulayıb.

Təbriz sakini, 45 yaşlı Yaşar Xaqani bildirib ki, İranın nə istədiyi hələ məlum deyil: "Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma "müsəlman, müsəlman" deyib, niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm də Yaxın Şərq xalqı bunların əlindən zara gəlib.

Əlbəttə ki, Azərbaycan bizdəndir və eyni zamanda savaş ən pis seçim olar və burada ən çox zərər görən o taylı-bu taylı bizlər (azərbaycanlılar) olar".

Şiraz şəhərindən Mərcan Mərvdəşti deyib ki, İran rejimi üçün iç problemi ört-basdır etmək üçün xarici səbəblər lazımdır.

"İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan, İranın haqlı olduğunu demirəm. Mən bilirəm ki, İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdırlar və İran dövləti də bunu bilir, ancaq niyə belə edirlər, bilmirəm. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq ya da keçmiş Yuqoslaviya", - o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4275   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr