İranın bütün qorxusu bizik. İran İrandaki türklərin oyanmasından qorxur - İrandan sǝslǝr

İranın bütün qorxusu bizik. İran İrandaki türklərin oyanmasından qorxur - İrandan sǝslǝrSon günlərdə həmişə din, tarix və mədəni tellərlə bağlılıqları vurğulanan İranla Azərbaycan arasında gərginlik pik həddədir.

Bakı Tehranı Azərbaycan ərazisində separatçılara razılaşdırılmamış yüklər çatdırmaqda ittiham edərək, Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində İran yük maşınlarını yoxlamağa və onlardan rüsüm ödəməyi tələb etməyə başlayıb.

Tehran Bakının İsraili Azərbaycana gətirdiyini, Ermənistana yük daşıyan iki sürücüsünü saxladığını iddia edib, bunun ardınca isǝ İran hərbiyyəsi Azərbaycanla sərhədə qoşun yığaraq "Xeybər fatehləri" təlimini keçirib.

Daha sonra isǝ İranın öz ərazisi üzərindən Bakıdan Naxçıvana hərbi yük təyyarələrinin uçuşuna qadağa qoyduğu xəbəri yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi bunu indiyə kimi nə təsdiq, nə təkzib edib.

Bǝzi tǝhlilçilǝrǝ görǝ, bütün bunlar iki ölkə arasında gərginliyin təhlükəli həddə, açıq münaqişəyə keçə biləcək həddinə çatdığından xəbər verir.

Görəsən, İran vətəndaşları Azərbaycanla İran arasında hadisələrin bu cür inkişafını necə qiymətləndirirlər?

BBC News-a istinadən xəbər veririk ki, bu məsələ barədə sıravi iranlıların fikirləri öyrənilib.

Müsahiblərin təhlükəsizliyini qorumaq məqsədilə onların ad və soyadı dəyişdirilib.

"Biz savaş istəmirik"

Təbrizdən 43 yaşlı xanım Elnaz Bərği hesab edir ki, "İranın özü nə etdiyini bilmir".

"Bilsəydi, Azərbaycana toxunmazdı. Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, umumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır. Biz necə o dil və tariximizdən qopa bilərik ki?

Prezident İlham Əliyev gəldi Xudafərində dedi ki, bura qardaşlıq sərhədidir, amma bunlar onu da görmədilər. Ondan sonra Əliyev yumruğunu göstərdi. Biz savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq".

"Yaxın Şərqdə yaxşı qonşuluq-çox önəmlidir"

Tehrandan 39 yaşlı kişi Şadmehr Misaği deyir ki, bu məsələnin bilicisi deyil, ancaq şəxsi fikirlərini bölüşə bilər.

O hesab edir ki, "dünyada və Yaxın Şərqdə qonşu ölkələrlə yaxşı qonşuluq münasibətləri çox önəmlidir".

"Ancaq təəssüf ki, İran bunu yaxşı bilmir. Xüsusilə, şiə sünni məsələsinə baxdıqda, İranın sünni dünyası ilə əlaqələri yaxşı deyil".

"Qonşuluq əvəzinə silahlılar yaratmağa çalışır, bu da bölgədə problem və gərginliyə səbəb olur. İran Yəməndə husiləri yaratdığı kimi çalışdı Azərbaycanda da "Hüseyniyun milisi" yaratsın, amma Azərbaycan dövləti bunu bildi və əngəllədi. İran bəlkə də Qarabağı bunların əli ilə azad etmək istəyirdi ki, bu da mümkün deyildi və ya olmadı. İranın Ermənistan ilə yaxın münasibətləri Azərbaycanın İsrail ilə yaxınlaşmasına səbəb oldu. Əlbəttə, İranın ən əsas düşmənı İsraildir və onlar İranı muhasirəyə almaq istəyirlər".

"Zərər görən o taylı-bu taylı bizlər ola bilər"

Təbrizdən Yaşar Xaqani, 45 yaşlı kişi deyir: "Mən hələm başa düşməmişəm, İran nə istəyir?

"Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma müsəlman, müsəlman deyib niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm dı Yaxın Şərq xalqı bunların əlindən zara gəlib.

Əlbəttə ki, Azərbaycan bizdəndir və eyni zamanda savaş ən pis seçim olar və burada ən çox zərər görən o taylı-bu taylı bizlər (azərbaycanlılar) olar", - Yaşar Xaqani düşünür.

İran yaxşı qonşularını incidir

Tehrandan 45 yaşlı kişi, Kaveh Niktan hesab edir ki, "İran dövləti iç problemini gizlətmək üçün başqa problemləri ortaya çıxarır və İranın yaxşı qonşularını incidir".

"Bunu da deyim ki, biz iranlılar özəlliklə Azərbaycan və Türkyə ilə mədəniyyət mənada daha çox yaxınıq. Amma bütün ölkələr və xususi ilə qonşular ilə qarşılıqlı sayğı çərçivəsində əlaqədən kənarıq. Savaş olacağına heç inanmıram".

"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq və ya Yugoslaviya"

Şiraz şəhərindən Mərcan Mərvdəşti deyib: "Mən problemin qaynağını yaxşı bilmirəm, düzü. Ancaq İran rejimi üçün iç problemi ört-basdır etmək üçün xarici səbəblər gərəkdir.

İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan, İranın haqlı olduğunu demirəm. Mən bilirəm ki, İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdırlar və İran dövləti də bunu bilir, ancaq niyə belə edirlər, bilmirəm. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq və ya Yugoslaviya".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2387   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr