Hacı Surxay – "MƏHƏRRƏM AYINDA TOY EDƏNLƏRƏ İRAD BİLDİRMƏKDƏ MƏQSƏDİM BU GÜNLƏR ÜÇÜN İDİ"

Hacı Surxay – "MƏHƏRRƏM AYINDA TOY EDƏNLƏRƏ İRAD BİLDİRMƏKDƏ MƏQSƏDİM BU GÜNLƏR ÜÇÜN İDİ"Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!
Müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-sindən Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır və onların ailə üzvləri ilə görüşlər keçirilir. Belə həssas günlərdə məni heyrətləndirən və düşündürən bir məsələni sizlərə bölüşmək isrəyirəm,əziz xalqım.
Çox maraqlıdır...
Məhərrəm ayında qeyrət nümayiş etdirib,mənə irad tutanlar,sözüm sizlərədir: "Bu aylar Şəhidlərimizin il dönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır,onların ruhuna dualar oxunur, sizlər isə toy edirsiniz...
Bəs buna sözünüz nədir,bunu kimin adına yazacaqsınız ?!"
Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik.

Hörmətlə,

Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü
hacı Surxay Məmmədli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2875   Tarix: 11 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr