"Naabarod" qızışıyoruz" deyən sakin: "Dünyada yeganə millətik ki, raket atılan yerdən qaçmırdıq" - AÇIQLAMA

"Naabarod" qızışıyoruz" deyən sakin: "Dünyada yeganə millətik ki, raket atılan yerdən qaçmırdıq" - AÇIQLAMA"Həmin gün Ermənistan məğlubiyyətinin acısını Azərbaycanın dinc əhalisindən çıxmağa çalışdı. Başladılar Gəncəni raket atəşinə tutmağa. Gəncə beş dəfə atəşə tutuldu, amma hər atəşdə əhalimiz daha da qorxusuz oldu".

Bu sözləri Oxu.Az-a açıqlamasında 90-cı illərin Qarabağ müharibəsi iştirakçısı, Gəncə batalyonunun komandiri olan Taryel Şahverdiyev deyib. O vaxt snayper gülləsi ilə yaralanan T.Şahverdiyev bu gün də müharibənin ağrılı xatirəsi olan gülləni bədənində daşıyır:
"Naabarod" qızışıyoruz" deyən sakin: "Dünyada yeganə millətik ki, raket atılan yerdən qaçmırdıq" - AÇIQLAMA"Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalmasından bir il ötür. Təsəvvür edin raket atmalarına baxmayaraq, heç kim qorxub, ərazini tərk etmirdi. Gəncə səhv etmirəmsə, beş dəfə raket atəşinə tutuldu. Beş gün ərzində 8-9 iri obyekt tamamilə məhv oldu.

Gəncəyə atılan raketlərdən biri Təzə bazar ərazisində, digəri Qələbə parkına, 29 və 4 nömrəli məktəblərin ətrafına, Əziz Əliyev küçəsinə və İmamzadə tərəfə düşmüşdü. Ən çox ziyan Qələbə parkı tərəfdə olan yaşayış massivlərinə dəyib. Lakin əhalimiz, ümumiyyətlə xalqımız o ağır günlərdə birlik olub, geri çəkilmədi. Gəncəyə şəhid gələndə cavanlar şəhidlərə sözün yaxşı mənasında paxıllıq edirdi ki, "niyə onlar şəhid olub, biz yox". Gəncə əhalisinin mərdliyi də o hadisə ilə bütün dünyaya çatdırıldı".
"Naabarod" qızışıyoruz" deyən sakin: "Dünyada yeganə millətik ki, raket atılan yerdən qaçmırdıq" - AÇIQLAMAÖtən il raket atəşinə tutulan Gəncədən Türkiyə mediasına açıqlamasında "Gəncə əhalisi qan görəndə qorxmuyor, qan görəndə "naaborod", qızışıyor" sözləri ilə gündəm olan T.Şahverdiyev deyir ki, bu fikirlər bir anda söylənib:

"Vallah, o sözlər bir təsadüf idi. Yəni, planlaşdırılmış çıxış deyildi. Dünyada yeganə millət bizik ki, raket atılan yerdən qaçmırdıq. Tam əksinə, istiqaməti öyrənib ora qaçırdılar ki, əllərindən gələn kömək varsa, etsinlər. Dostumla mən də Təzə bazar ərazisinə getdik. Əlimizdən gələn köməyi etməyə çalışırdıq. Orada raketin qalıqlarını axtarırdılar. Biz də aidiyyəti qurumların əməkdaşları ilə birgə həmin qalıqları tapdıq və həmin görüntüləri yerli, xarici mediaya nümayəndələri çəkdi. Hadisə barədə türk jurnalist açıqlama götürdü. Orada üç dəqiqəyə yaxın çıxışım olub, sadəcə o hissəni kəsib yayıblar. Elə ondan sonra uşaqlar, böyüklər başladı o sözü işlətməyə, mənim fotolarımı sosial şəbəkədə paylaşmağa. Xalqıma sözüm odur ki, bundan sonra bu məmləkətin ən gözəl yeməyini şəhidin balası yeməlidir, ən gözəl işdə şəhidin balası işləməlidir. Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə 44 gün ərzində illərdir işğal altında olan torpaqlarımızı azad etdi, şəhidlərimiz canlarından keçdilər. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2221   Tarix: 11 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr