Gənc jurnalist koronavirusdan vəfat etdi
Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı jurnalist vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Pərvanə İbrahimova məlumat yayıb.
O qeyd edib ki, 1996-ci il təvəllüdlü Salamov Nurlan Xanağa oğlu bu gün dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, N.Salamov sentyabrın 20-dən özünü narahat hiss edib. Ayın 22-si səhər saat 06:00-da Türkiyəyə uçub, vəziyyəti çox sonra pisləşib. Atatürk Universitetində təhsil alan Nurlan ayın 25-də saturasiyası düşüb və boğulma simptomları ilə İkinci Əbdülhəmid Araşdırma Xəstəxanasına aparılıb. Orada 7 gün palatada yatıb, daha sonra reanimasiya şöbəsinə köçürülüb. Bu gün isə onu Marmara Eğitim Araşdırmalar Hastanesinə köçürmüşdülər.
Qeyd edək ki, Nurlan Salamov Azərbaycanın xaricdə təhsil alan ən perspektivli gənclərindən biri idi. 2017-ci ildə bakalavriaturanı (Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi) yüksək göstəricilərlə fəxri məzun olaraq başa vurub. 2019-cu ildə isə Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının Beynəlxalq jurnalistika ixtisaslaşması üzrə magistraturadan ən yüksək ÜOMG ilə fərqlənmə diplomu alaraq məzun olub. Həmin ildə Türkiyə Dövlət Təqaüd Proqramı – Türkiye Burslarını qazanıb. Hazırda Erzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Kommunikasiya fakültəsi Jurnalistika kafedrasının doktorantı idi. Bir sıra müsabiqələrin qaliblərindəndir, müxtəlif illər üzrə "İlin Ən Yaxşı Tələbəsi", "İlin Ən Savadlı Tələbəsi" fəxri adlarına layiq görülüb.
"Jurnalist" tələbə-tədris qəzetinin redaktoru, "Tələbədən Tələbəyə", "Beynəlxalq Jurnalistika Məktəbi" kimi layihələrin heyət üzvü olub. Aznews.az informasiya portalında beynəlxalq xəbərlər müxbiri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda "Füyuzat" və "İşıq" jurnallarının sosial media meneceri olaraq çalışıb. "Kaspi", "Şərq", "Ədalət", "Jurnalist" qəzetləri, "Füyuzat", "İşıq", "Ulduz" jurnalları və bir sıra internet KİV orqanlarında yazılarla çıxış edib. Elmi tezis və məqalələri Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların materialı olaraq dərc olunub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2224 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)
Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla
11 maySabah 30 dərəcə isti olacaq
Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 isti, gündüz 25-2
11 mayİkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətini
11 mayTanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında
"UĞUR 77" estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva barədə açılan cinayət işinin məhkəmə araşdırması başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxr
12 mayWUF13-də Startap Pavilyonu təqdim olunacaq
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq
11 mayWUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə
11 mayPolad Həşimovun QİSASINI almaq üçün cəbhəyə yollanan ŞƏHİDİN SON FOTOSU
"Vüsal bizi çox sevirdi, amma Vətən sevgisi onun üçün hər şeydən üstün idi". xəbər verir ki, bu fikirləri -ın "Şəhiddən qalan son foto" rubrikasına şəhid Vüsal Zakir oğlu Musayevin anası Vüsalə Musayeva deyib. O bildirib ki, Vüsalın son şəkli atası və qardaşı ilə birgə çəkilib. "1
12 may