Azərbaycanda daha bir azyaşlı əməliyyatdan sonra öldü: Babasının ürəyi partladı - FOTO

Azərbaycanda daha bir azyaşlı əməliyyatdan sonra öldü: Babasının ürəyi partladı - FOTOOktyabrın 8-də "Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi"nin rəhbəri Elnur Həsənovun əməliyyat etdiyi 1 yaş 9 aylıq körpənin ölümü barədə məlumat verilib.

Sözügedən yazıdan sonra daha bir valideyn Lent.az-a həmin həkimlə bağlı müraciət edib.

Minar Bayramov bildirib ki, övladı, 1 yaşlı Səyyad Bayramlı da E.Həsənovun etdiyi əməliyyatdan sonra ölüb:
Azərbaycanda daha bir azyaşlı əməliyyatdan sonra öldü: Babasının ürəyi partladı - FOTO"Övladımı sentyabrın 17-də cari həkim yoxlanışına aparmışdıq və məlum oldu ki, ürəyinin klapanında ciddi qüsur var. Buna qədər uşaqda heç bir problem olmadığı üçün xəstəlikdən xəbərsiz idik. Bunu biləndən sonra səhəri gün ayrı-ayrı iki xəstəxanada uşağı yoxlatdırdıq. Hər iki müayinə nəticəsində bəlli oldu ki, əməliyyat olunmalıdır.

Bundan sonra bir neçə özəl xəstəxanada çalışan həkimlərə üz tutduq. Əməliyyat xərcinə imkanımız çatmadığı üçün bizə dövlət sığortası ilə əməliyyat etməyimizi tövsiyə etdilər. Ağstafa rayonunun səhiyyə qurumuna müraciət etdik və onlar sığorta ilə əməliyyatı ancaq sözügedən klinikaya və şəxsən Elnur həkimə göndərə biləcəklərini dedilər.

Sözün düzü, həkimin yanına gedəndə əməliyyatdan imtina etməsini və özəl xəstəxanaya yönəltməkdə yardımçı olması üçün getmişdik. E.Həsənov bizi əməliyyatın uğurlu keçəcəyinə inandırdı və dedi ki, özəl klinikalarda həkimlər ancaq pul düşünürlər. Sonra əlavə etdi ki, uşağınız 100 % sağ-salamat əməliyyatdan çıxacaq. Bizi inandırdı və yoxlanış etdiyi günün səhəri əməliyyat olunmasını istədi. Halbuki digər klinikalarda ən azı bir həftə müalicə olduqdan sonra əməliyyata ala biləcəklərini demişdilər.

Əməliyyatdan qabaq sığorta bunu qarşılamır və 5 300 manat verməlisiniz dedi. Oğlumun əməliyyatı oldu və həkim dedi ki, uğurlu alınıb. Əməliyyatdan bir gün yarım keçməmişdi ki, uşağı oksigendən ayırıb palataya göndərdi. Uşaq palataya gələndə isə həddindən artıq qızdırma içində olub və nəfəs almaqda çətinlik çəkib. Bunu görən anam təcili uşağın reanimasiyaya qaytarılmasını istəyib. Həkimlə mübahisələrdən sonra uşaq reanimasiyaya yerləşdirilib. Uşağı aparanda yoldaşım oğlumun gözlərini yumduğunu, gec-gec nəfəs aldığını görüb qışqırmağa başlayıb. Ona isə hər şeyin qaydasında olduğu deyilib. Biz düşünürük ki, oğlumuz elə onda ölüb. Amma hadisədən 12 saat sonra - gecə saat 23:20 radələrində bizə deyildi ki, uşaq ölüb. Təcili xəstəxanaya getsək də, həkimi tapa bilmədik. Nə qədər zəng etdik, amma bizə cavab verilmədi. Sonra hamımızın nömrəsini blok etdi. Polis çağırdıq və polis də zəng etdi, amma yenə cavab vermədi. Bir xəstədən məsul olan şəxs niyə belə bir şey etsin?
Azərbaycanda daha bir azyaşlı əməliyyatdan sonra öldü: Babasının ürəyi partladı - FOTOMəsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişdim və hazırda prokurorluq bununla bağlı araşdırma aparır. İndi ekspertiza nəticələrini gözləməkdəyik. Ümid edirəm ki, ekspertizanın nəticələrinə görə, həkimin məsuliyyətsizliyi səbəbindən ölümün baş verdiyi aşkara çıxacaq.

Mən bir ata olaraq bu məsələnin sonuna qədər gedəcəm və növbəti balaları bunlar kimi cəlladlardan qorumaq üçün əlimdən gələni edəcəm".

Oğlu ilə bərabər eyni gündə atasını da itirən valideyn bildirir ki, sözügedən xəstəxanada həkim məsuliyyətsizliyi səbəbindən atasını da itirib:

"Xəstəxanada oğlumun ölüm xəbərindən sarsılan atam İbadət Bayramov bütün bu məsələlərin gərginliyi arasında ağır infarkt keçirdi. Xəstəxanadan ürək tutmasına görə, nə qədər kömək istəsək belə, səsimizə səs verən yarım saat sonra tapıldı. Biabırçılıq orasındadır ki, həmin xəstəxanaya təcili yardım çağırmalı olduq. Daha sonra yuxudan ayılan xəstəxananın həkim kardioloqu gəldi və dedi ki, xəstədə heç nə yoxdur, ona hava lazımdır.

İnfarkt keçirtdiyini bilmədik, ancaq hər ehtimal Respublika Klinik Xəstəxanasına maşın ilə getdik. Yoxlanış nəticəsində həkim bildirdi ki, atam ağır infarkt keçirib və bu xəbərdən 10 dəqiqə sonra onu da itirdik. Bir gündə etinasızlıq, vəzifələrini doğru yerinə yetirməyən həkimlər ucbatından ailəmin iki üzvünü itirdim.
Azərbaycanda daha bir azyaşlı əməliyyatdan sonra öldü: Babasının ürəyi partladı - FOTOElnur Həsənovla bağlı Səhiyyə Nazirliyinə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə müraciətimizi ünvanlayacağıq. Günahkarın yaxın zamanda cəzalanacağına ümid edirik".

"Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi"nin rəhbəri Elnur Həsənov açıqlamasında ittihamları qəbul etməyib.

O bildirib ki, 1 yaşlı Səyyad Bayramlının xəstəliyi Volf-Parkinson-Uayt (WPW) sindromu idi və onun əsas kriteriyası bundan ibarətdir ki, istənilən an tam rahat ölüm baş verə bilər:

"Əməliyyatdan bir gün sonra, 5 gün sonra, bir il sonra - hər an uşaq ölə bilər. Bu, həkimdən asılı olan məsələ deyil.

Valideynlər bunu əməliyyatdan əvvəl bilir və imza atır. Heç bir həkim bunu izah etmədən əməliyyat edə bilməz. Mən 100 % sağaldacağımı deməmişəm. Əməliyyat uğurlu oldu, amma VFV sindromu rahat olsaydı, bu qədər ölümlər olmazdı".

E.Həsənov valideynin hüquq-mühafizə orqanlarına şikayətinə də münasibət bildirib:

"Şikayət edirlər, qoy etsinlər. Lap əla... Ən azı onların iftiraları ortaya çıxacaq. Həmçinin sığorta məsələsi də araşdırılacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6621   Tarix: 11 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr