Bakıda şok hadisə: Vəzifəli şəxsin xanımının sevgilisi paltar dolabında tapıldı

Bakıda şok hadisə: Vəzifəli şəxsin xanımının sevgilisi paltar dolabında tapıldıBakı şəhər Xətai rayon Məhkəməsində sevgi münasibətində olduğu qadını döyən və ona qarşı soyğunçuluq etmiş 1992-ci il təvəllüdlü Natiq Məmmədov (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən gənc oğlanın subay, zərərçəkən qadının isə evli olduğu, onların arasında sevgi münasibətinin olması üzə çıxıb. Bəlli olub ki, onlar təxminən 3 il əvvəl sosial şəbəkə vasitəsilə tanış olublar və tez-tez görüşməyə başlayıblar. Belə ki, həyat yoldaşı vəzifəli şəxs olan və maddi cəhətdən imkanlı olan Viktoriya (şərti) adlı qadın Xətai rayonundakı evində əksər vaxtlar tək yaşayıb. Bundan sonra Binəqədi rayon sakini olan Natiq qadının evinə yaxın yerdən kirayə ev tutub və anası ilə ora köçüb. Gənc oğlanla Viktoriya beləliklə vaxtaşırı görüşməyə başlayıblar. Tanışlıq müddətində Natiqin kirayə tutduğu evin aylıq ödənişlərini də Viktoriya ödəyib.

Baş vermiş cinayət hadisəsinə gəlincə zərərçəkmiş qadın olayı belə təsvir edib:

"Təxminən 3 ilə yaxındır ki, sosial şəbəkələrin birində Natiqlə tanış olmuşuq. Bundan sonra aramızda yaxın münasibət yaranıb və görüşməyə başlamışıq Natiq anası Sveta ilə birlikdə yaşadığım məhəllədə kirayə yaşayıb. Natiqin kirayə yaşadığı evin pulunu mən ödəmişəm. 06 dekabr 2020-ci il tarixdə Natiqi yaşadığım evə dəvət etdim. Natiq saat 18 radələrində gəldi, birlikdə nahar etdikdən sonra Natiq pula ehtiyacı olduğunu bildirib 5 min manat pul istədi. Mən də hazırda pulumun olmadığını bildirən zaman aramızda sözlə mübahisə baş verdi. Bundan sonra Natiqin yataq otağında olan siyirmədən mənə məxsus qızıl-zinət əşyaları olan mücrünü götürdüyünü gördüm. Natiqə yaxınlaşıb qızıllarını qaytarmağı tələb edəndə məni itələyib qızıllarımı da götürüb getdi. Natiq getdikdən bir qədər sonra özümə məxsus "Samsung" markalı mobil telefonumu götürdüyümü anladım. 08 dekabr 2020-ci il tarixdə Natiqin kirayə yaşadığı evə getdim. Həmin vaxt mənzilin qapısını Natiqin anası Sveta adlı qadın açdı. O, Natiqin evdə olmadığını bildirdi. Buna baxmayaraq o, evə daxil olub paltar dolabına baxan zaman Natiqin paltar dolabında gizləndiyini gördüm. Mənzildən götürdüyü qızıl-zinət əşyalarını qaytarmasını tələb etdim, o isə qızılları qaytarmayacağını bildirdi. Polisə şikayət edəcəyim təqdirdə aramızda olan münasibətin ailə üzvlərimə bildirəcəyini dedi. Bu mövzuda aramızda mübahisə baş verdi və mübahisə zamanı Natiq mənim bədənimin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirdi.

Bundan sonra oradan çıxaraq yaşadığım evə qayıtdım və artıq dözə bilmədiyim üçün baş vermiş hadisə barədə ailə üzvlərimə məlumat verdim. Səhərisi gün, yəni 09 dekabr 2020-ci il tarixdə polisə hadisə barədə şikayət etdim. Natiqin yaşadığı evdən paltar dolabından götürdüyü mücrünün içərisində hər biri 5.000 manat olmaqla 10.000 manat dəyərində boyunbağı, üzük və kulondan ibarət 2 ədəd qızıl dəsti, 1 ədəd 3500 manat dəyərində üzərində brilyant qaşları olan boyunbağı və üzükdən ibarət qızıl dəsti, 1 ədəd 10.000 manat dəyərində üzərində brilyant qaşları olan kişi üzüyü, 1 ədəd 8.000 manat dəyərində üzərində brilyant qaşları olan qadın üzüyü, 5407 manat dəyərində 1 ədəd gümüşü rəngli, 750 əyyarlı, brilyant qaşlı, ümumi çəkisi 26,01 qram üzük və sırğadan ibarət qızıl dəsti olub. Bundan əlavə hadisə zamanı 1 ədəd 2.000 manat dəyərində "Samsung S9 plus" markalı mobil telefon götürülüb. Ümumilikdə mənə 38967 manat ziyan dəyib. İstintaq zamanı Natiqin qohumları tərəfindən dəymiş ziyandan 3000 manat ona ödənili. İş üzrə mənə məxsus maddi sübut kim tanınmış bir ədəd 5407 manatlıq qızıl dəst müstəntiq tərəfindən qəbzlə özümə qaytarılıb".

Zərərçəkən qadının dediklərini onun evində xidmətçi işləyən qadın və şəxsi sürücüsü də təsdiq edib.

Məhkəmə prosesində Viktoriya barışıq ərizəsi verərək Natiqi bağışladığını, məhkəmənin digər iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun nümayəndəsinin iştirakı ilə iclasların keçirilməsini məhkəmədən xahiş edib.

Məhkəmə prosesi opktyabrın 5-də başa çatıb və Natiq Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6603   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə

27 oktyabr
.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr