"Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyəti ilə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək" - Deputat

"Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyəti ilə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək" - DeputatXəbər verdiyimiz kimi, Dövlət Dəniz Agentliyinin əsasında yeni qurum yaradılaraq səlahiyyətləri artırılıb. Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Dəniz Agentliyinin, eləcə də həmin Agentliyin tabeliyindəki qurumların əsasında vahid qurum olaraq Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxsi yaradılıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Jalə Əhmədova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı oktyabrın 11-də Fərman imzalayıb:

"Cənab Prezidentin imzaladığı bu fərman, digərləri kimi, xüsusi əhəmiyyətə malikdir. Fərmana əsasən, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən​ Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxsi yaradılıb ki, bu da ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.

Cənab Prezidentin imzaladığı​ fərmanla Agentliyin fəaliyyət istiqamətləri genişləndirilərək səlahiyyətləri daha da artırılıb. Dəniz nəqliyyatı sahəsində tənzimləməni və nəzarəti həyata keçirən Agentlik eyni zamanda gəmilərin təhlükəsiz hərəkətinin idarə edilməsi, gəmi və limanlar tərəfindən ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunması üçün tədbirlər görəcək.

Hesab edirəm ki, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dəniz ətraf mühitinin mühafizəsi, dənizçilərin hazırlanması və digər sahələrin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yaradılan Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyəti ilə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək".

Aysel Yusifqızı

​


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1165   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə

27 oktyabr
.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr