Prokuror Rövşən Əkbərova 11 il cəza istədi

Prokuror Rövşən Əkbərova 11 il cəza istədiBu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elçin Əliyevin anası Səmayə Əliyeva və mərhumun dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyevin ifadəsi səsləndirilib.

Onlar məhkəmədə dindirilməli olsalar da, prosesə gəlməyiblər.

Daha sonra hadisə vaxtı Azərbaycanın Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi "Sikora" kafesinin işçilərinin ifadələri diqqətə çatdırılıb. İşçilər eyni məzmunda ifadə verərək, hadisə günü R.Əkbərovu səfirlikdə və restoranda gördüklərini bildiriblər.

Məlum olub ki, hadisə günü E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə "Cənab zabit" mahnısını sifariş edib. Daha sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova deyib ki, "mən səfirliyə gələndə siz samovar qaynadırdız". R.Əkbərov cavabında "mən sənin üçün çayçı deyiləm" deyib və aralarında mübahisə yaranıb. Daha sonra mübahisə restoranın qarşısında davam edib və qətl törədilib.

R.Əkbərovun vəkilləri şahidlərin cinayət işi ilə bağlı əvvəllər fərqli ifadə verdiyini, lakin sonuncu dindirilmədə ifadələrini dəyişərək generalın əleyhinə danışdıqlarını bildiriblər.

Daha sonra Rövşən Əkbərov ifadə verib. O bildirib ki, hadisə günü həmin kafedə olmayıb:

"2001-ci ilin mayında Azərbaycanın Ukraynadakı səfirliyində "Azərbaycan günləri" keçirilirdi. Mən də orada hərbi atteşə kimi iştirak edirdim. Orada tort kəsilib, çay içmişdik. Tədbirdə Elxan Cəbiyev də iştirak edirdi. Onunla görüşdüm. Ona dedim ki, məxfi sənədlər var, onları Müdafiə Nazirliyinə çatdırmaq lazımdır. Ondan xahiş etdim ki, həmin sənədləri aparsın. Mən ümulikdə həmin dövrdə 372 kitab göndərmişəm, həmin kitablarda burada çoxaldılaraq korpuslara paylanılıb".

Rövşən Əkbərovun sözlərinə görə, həmin gün səfirlikdə ailə üzvləri ilə birlikdə olub:

"Gecə səfirliyin işçisi olan Səbuhidən anam və qızımı aparmasını istədim. O da apardı, sonra mən oğlumu da götürərək evə getdim. Səhəri gün Yalçın Qocayev zəng etdi, bizi səfirliyə çağırırlar. Bildirdi ki, Elçinlə Qüdrəti vurublar. Mən də səfirliyə getdim. Orada eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır. Bundan sonra akademiyaya getdim".

Rövşən Əkbərov bildirib ki, bundan sonra səfirlikdə ona qəzetləri göstəriblər:

"Bakıda qəzetlərdə şəkilini qoyaraq Rövşən Əkbərovun olduğu yerdə qətl törədilməsini yazıblar. Bundan sonra bildirdilər ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə zəng edib və deyib ki, onu Rövşən Əkbərov öldürüb. Mən də Nazim İbrahimovun harada olduğunu soruşdum. Ondan Bakıya belə bir hadisədə mənim adımı hallandırmasını soruşdum. Nazim İbrahimov bildirdi ki, nə danışırsız, siz iqtidarın adamısız. Mən elə bir söz deməmişəm".

Rövşən Əkbərov bildirib ki, 2002-ci ildə Bakıya gəlib və "Gülüstan" restoranında tədbirdə olub:

"Tədbirdə Nazim İbrahimovu gördüm. Orada yanımızda çox adam var idi. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsiz, arxada başqa söz. Nazim İbrahimov da həmin vaxt mənə dedi ki, o başqa heç nə deməyib. Mən burada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə çəkilir".

Generalın sözlərinə görə, sonradan müstəntiqə ifadə verib:

"Amma mənə bir söz deyən olmadı. Orada prokuror da, polis rəisi də iştirak edirdi. Sonra deyirlər ki, hərbi formada kafedə olmuşam. Heç kim hərbi formada kafedə oturmaz. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Məzahir Şıxəliyev əgər mənimlə mübahisə edibsə, məni tanımalı idi. Daha niyə şəkil istəyirdi ki, məni tanısın. Elçin Əliyevi cəmi 2-3 dəfə görmüşəm. Elçin Əliyevlə heç bir masa arxasında əyləşməmişəm. Onunla nə çörək yemişəm, nədə ki münasibətim olub. Bu işin mənə aidiyyatı yoxdur. Müstəntiq deyir ki, cinayət işi açılıb. Öz əlaqələrim vasitəsilə soruşdum ki, nə səbəbə cinayət işi açılıb. Bildirildi ki, müstəntiq restorana çağırılıb, orada baş prokuror, hərbi prokuror, bir də sizin nazir olub. Deyiblər ki, cinayət işi açılmalıdır".

Rövşən Əkbərov daha sonra qeyd edib ki, bu qətlin ona aidiyyatı yoxdur:

"Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur. Nəyə desən and içə bilərəm".

Prokurorun suallarını cavablandıran Rövşən Əkbərov deyib ki, 1991-ci ildə Milli Orduya qəbul olub və birinci Qarabağ müharibəsində iştirak edib:

"Göstərdiyim xidmətə görə Milli Qəhrəman adı almışam, "Vətən uğrunda" medalları ilə təltif olunmuşam".

O qeyd edib ki, Elçin Əliyev ilə heç vaxt kafedə olmayıb, həmin kafedə heç vaxt gecə olmayıb. Deyib ki, Məzahir Şıxəliyevi heç vaxt görməyib, tanımayıb.

Rövşən Əkbərov daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqovun suallarını cavablandırmaqdan imtina edib.

Daha sonra işdə olan sənədlər tədqiq olunub və məhkəmə istintaqı tamamlanıb, çıxış etmək üçün söz prokurora verilib. O, cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə alaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror müttəhimin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Elçin Əliyevin vəkili isə cəza tələbinin az olduğunu, R.Əkbərova 15 il azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.

R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər.

Proses oktyabrın 22-də davam etdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1526   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü

Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb

11 may
.

Bakıda 26 yaşlı motosikletçi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - ANBAAN GÖRÜNTÜSÜ

Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yolda

11 may
.

Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır. Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtı

12 may
.

20 günün əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib. -a istinadla xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağ

11 may
.

Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak

11 may
.

Akif İslamzadənin son durumu açıqlandı

Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü

11 may
.

Bir teleqramın tarixçəsi: Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı unudulmaz xatirəsi

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır". Bunu -a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:. "O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbayca

10 may
.

Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO

Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay

10 may
.

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək

Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. "Azərbaycanın Dəməşqdəki müvəqqəti işlə

11 may