Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var? - AÇIQLAMA

Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var? - AÇIQLAMA"Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev məktəb yaşının 5-ə qədər azaldılmasını təklif edib.

Erkən uşaq inkişafı və məktəbə tez başlamanın vacib məsələ olduğunu vurğulayan nazir uşaqların 1-5 yaşında bağçaya gedə bildiklərini, bu səbəbdən erkən uşaq təhsili baxımından zəiflik hiss olunduğunu qeyd edib.

Bəs Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. Mövcud qanunvericiliyə görə, ölkəmizdə icbari təhsilə cəlb edilmə 6 yaşdan başlayır:

"Lakin buna baxmayaraq, 2016-cı ildən 5 yaşlı uşaqlar könüllü olaraq məktəbəhazırlıq qruplarına cəlb edilirlər və hal-hazırda 95 000 nəfər 5 yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib.

Bundan başqa üç və dörd yaşlı uşaqlar üçün icma əsaslı hazırlıq mərkəzləri 50 rayonda pilot şəklində fəaliyyətə başladıqdan sonra əlavə olaraq 50 mərkəz yaradılıb və hal-hazırda bu mərkəzlər ölkə üzrə 3.000 uşağı əhatə edir.

Bu rəqəmlər onu deyir ki, təhsil almanın yaşının azaldılması və bunun icbari olması bizim üçün o qədər də yeni bir ifadə deyil və təhlükəli sayılmır"

Ekspert qeyd edib ki, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən təhsil inkişafı üzrə dövlət strategiyasına görə, Azərbaycan 12 illik təhsilə keçməlidir:

"12 illik təhsilə keçid deyəndə hər kəs fikirləşirdi ki, 1 il əlavə oxumaq lazım olacaq. Əvəzində isə təhsil naziri vəziyyətin həm çıxış yolu kimi, həm də öyrənmənin daha erkən yaşa çəkilməsi üçün uşaqları kiçik yaşlardan təhsilə cəlb etməyi təklif edib.

Bu, çox doğru yanaşmadır. Dünyanın təhsili öndə olan reytinqli ölkələrində təhsilə cəlb edilmə daha erkən yaşlarda başlayır. Bu, ölkənin iqtisadi inkişafı üçün çox vacib amildir.

Baxırıq ki, məktəbə hazırlıq qruplarına gedən uşaqla getməyən uşaqların tədris göstəricisi kifayət qədər fərqlidir. 5 yaşdan gedənlər daha uğurludurlar, mənimsəmələri daha yaxşıdır.

Hesab edirəm ki, uşaqlar 5 yaşda məktəblərə cəlb edilsə, bu, orta məktəbdə müəllimlərin sayının artmasına, iş yerlərinin olmasına, ölkə iqdisadiyyatının daha da inkişaf etməsinə gətirib çıxaracaq".

Onun sözlərinə görə, Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Avropa ölkələrində bu model artıq tətbiq edilir:

"Reallıq ondan ibarətdir ki, valideynlər narahatdırlar. Amma həmin valideynlər övladlarını 2-3 yaşdan etibarən uşaq bağçalarına qoyurlar. Bu gün monitorinq aparsaq, görərik ki, 3 ya 4 yaşda uşaqların bəziləri valideynlərinin təkidi ilə oxumağı, yazmağı, şeir əzbərləməyi bilirlər.

Sadəcə təhsil nazirinin "uşaqları erkən yaşdan məktəbə cəlb etmək lazımdır" fikri ibtidai sinif proqramlarının yumşaldılmasına hesablanıb.

Bu gün hər birimiz ibtidai siniflərdə tədris proqramlarının ağırlığını bilirik və narahatıq. Amma biz artıq birinci sinfin işini daha erkən yaşda uşaqlara çatdırmalı olacağıq."

Ekspert həmçinin bildirib ki, icbari təhsil 6 yaşdandır, amma biz 5 yaşdan etibarən bunu uşaqlara aşılasaq, artıq uşaqlar o yaşda oxumağı, yazmağı biləcəklər, ibtidai sinif proqramı isə sadələşəcək:

"Biz məktəbə hazırlığı təhsilin bir pilləsi olaraq qəbul etmirik. 12 illiyə keçmək istəyiriksə, artıq məktəbə hazırlıq icbari olmalıdır.

Öyrənmənin daha erkən yaşlara çəkilməsində heç bir problem yoxdur. Onsuz da bu gün uşaqlar hazırlıqlara gedirlər. Valideynlərin də əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər vaxtları olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1357   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr
.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr