Xəstəxanadan Raulun ölümü ilə bağlı AÇIQLAMA

Xəstəxanadan Raulun ölümü ilə bağlı AÇIQLAMAXəbər verdiyimiz kimi, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov sentyabrın 15-də əməliyyat etdiyi 1 yaş 9 aylıq körpə Raulun ölümündə ittiham olunur. Bu barədə sosial şəbəkə hesabında yazan azyaşlının anası Nuranə Cəfərova iddia edir ki, həkimlərin çoxu risk səbəbindən əməliyyatdan imtina etsələr də, E. Həsənov uşağı əməliyyata götürüb.

Daha öncə də işıqlandırdığımız şikayətlə əlaqədar M.A Topçubaşov adına Elmi Cərahiyyə Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, xəstə Cəfərli Raul Zaur oğlunun valideynləri 14.09.21 tarixində İcbari Tibbi Sığorta Agentliyinin göndərişi əsasında anadangəlmə ürək qüsuru və daun sindromu diaqnozu ilə mərkəzə müraciət ediblər: "Xəstədə aparılan exokardioqrafik müayinədə anadangəlmə ürək qüsuru, tam forma atrioventrikulyar kanal defekti, iki çıxışlı sağ mədəcik, ağciyər arteriyasının qapaq darlığı aşkar edilib. Həmçinin müraciət edərkən xəstənin ümumi vəziyyəti kritik ağır olub. Ümumi baxışda dəri və görünən selikli qişalar sionotik, pulsoksimetriyada saturasiya göstəricisi 80 faiz olub".

Açıqlamaya əsasən, xəstənin valideynindən anamnez toplandıqda məlum olub ki, anadangəlmə ürək qüsuru və daun sindromu bətndaxili ultrasəs müayinəsində aşkar edilib: "Buna görə hamiləlik 7 aylığında süni doğuşla sonlandırılıb. Bundan sonra uşaqda davamlı göyərmə tutmaları qeyd edilib. Bir neçə ay əvvəl isə uşağın vəziyyəti kəskin pisləşdiyindən valideynlər Respublika Klinik Xəstəxanasına müraciət ediblər. Xəstənin vəziyyəti kritik ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Xəstə Respublika Uşaq Xəstəxanasının reanimasiya şöbəsində mərkəzin cərrahı tərəfindən konsultasiya edilib və uyğun müalicə yazılıb. Xəstə valideyninə qüsurun mürəkkəbliyi və müalicəsinin yalnız mərhələli şəkildə icra edilə biləcəyi barədə geniş məlumat verilib. Respublika Uşaq Xəstəxanasında aparılan müalicə fonunda uşaq kritik ağır vəziyyətdən çıxıb və mərkəzimizə cərrahi müalicə üçün müraciət edib. Xəstə mərkəzimizə qəbul olunduqdan sonra əməliyyat üçün lazım olan müayinələrdən keçirilib. Müayinələrin nəticələrində əməliyyata əks göstəriş olmadığından xəstə əməliyyata götürülüb. Stabil hemodinamika və arterial qan qazlarının normal göstəriciləri fonunda xəstə süni tənəffüs aparatından ayrılaraq ekstubasiya edilib".

Xəstəxanadan verilən açıqlamada həmçinin bildirilib ki, götürülən qan nümunələrində ciddi leykositoz və trombositopeniya, eyni zamanda yüksək hərarət qeyd edildiyindən antibiotiklər dəyişdirilib, sepsis əleyhinə müalicələrə başlanılıb. Buna baxmayaraq sentyabrın 26-dan etibarən xəstənin vəziyyəti geriləyib: "Qanda laktat dəyəri artdığından və təngnəfəslik inkişaf etdiyindən xəstə intubasiya olunaraq STA-ya qoşulub. Xəstədə diurez azaldığından peritoneal dializ yenidən başlanılıb. Aparılan müalicələrə baxmayaraq xəstədə tədricən hemodinamika pisləşib, eyni zamanda qarında ciddi köp inkişaf edib. Eyni zamanda trombosit sayında ciddi enmə baş verdiyindən endotraxel borudan və nazoqastral zonddan qanlı gəlim başlanıb. Aparılan müalicə tədbirlərinə baxmayaraq xəstədə poliorqan çatmamazlığı inkişaf etdi, asistoliya qeyd edilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq ürək fəaliyyəti bərpa olunmayıb. Bioloji ölüm qeydə alınıb".
Xəstəxanadan Raulun ölümü ilə bağlı AÇIQLAMAXatırladaq ki, Raulun anası Nuranə Cəfərova iddia edir ki, xəstəxanada baş verənlər haqda valideyn kimi ailəni məlumatlandırmayıblar: "Həkimin dediyinə görə əməliyyat uğurla başa çatıb. Bir gecə təhlükəsi var, əgər həmin gecəni atlatsa, hər şey əla olacaqdı. Lakin, gecə uşaq kiliniki ölüm keçirib və təcili təkrar əməliyyata alınıb. Bütün bu olanlardan biz səhəri gün xəbər tutduq, öz iradımızı bildirdik. Həkim hər şeyin yaxşı olduğunu qətiyyətlə bildirərək bizi sakitləşdirdi. Gündə bir dəfə - səhər 08:00-da bir dəqiqə uşağı görmək imkanımız vardı, Raul suni nəfəs aparatında idi. Dedikləri bu idi ki, göstəricilər normaldır, yaxşılaşdırmaq üçün süni nəfəs aparatına bağlamışıq. Günlər beləcə davam elədi, uşaq reanimasiyada yatılı halda orta ağır vəziyyətdə yaşamla mübarizə aparırdı. Artıq 2 həftə tamamlandı. Raul həmin iki həftədə üç gün gözü açıq oldu (süni nəfəs aparatından ayırmışdılar) və heç bir reaksiya vermirdi, halbuki, çox aktiv uşaq idi".

N. Cəfərovanın sözlərinə görə, əməliyyatın 14-cü günü övladının palataya köçürüləcəyini bildirib. Lakin məlum olub ki, uşağın vəziyyəti pisləşib, təkrar suni nəfəs aparatına bağlanıb, səbəb olaraq ağ ciyərinə su yığıldığı deyilib. Yalnız 17-ci gün səhər saatlarında şöbədə işləyən digər həkim onlara uşağın can verdiyini, göstəricilərin aşağı düşdüyünü, bir neçə saata öləcəyini söyləyib.

Ana bildirib ki, Raulun ciyərləri xəstə deyildi, körpənin ölüm səbəbi müəmmalıdır. Həmçinin N. Cəfərova xəstəxanada olduqları 17 gündə 4 uşağın eyni həkimin əməliyyatında vəfat etdiyini qeyd edib. N. Cəfərova əlavə edib ki, övladının əməliyyatı sığorta ilə olunmalı olsa da, həkim ailədən əməliyyata görə pul alıb.

Xatırladaq ki, Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov həmçinin əməliyyat etdiyi bir yaşlı Səyyad Bayramovun valideynləri tərəfindən də onun ölümündə ittiham olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2070   Tarix: 14 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr
.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr