"Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb
"Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Qax rayonunda keçirilən "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsi uğurla yekunlaşıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü hesabına qazanılmış tarixi qələbəyə həsr olunan düşərgənin keçirilməsində məqsəd gənclərin hərbi-fiziki hazırlığını yüksəltmək, onları idmana və sağlam həyat tərzinə təşviq etmək, gənclərdə vətənpərvərlik və həmrəylik hissini daha da gücləndirmək idi.
Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş, açıq hava şəraitində beş gün davam edən düşərgədə gənclər "Yarasalar", "Şahinlər", "Canavarlar", "Əqrəblər", "Dəniz pişikləri", "Vaşaqlar" adlı komandalar şəklində iştirak ediblər. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilmiş, gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub.
Düşərgənin Qax rayonunun İlisu kəndində oktyabrın 13-də keçirilən bağlanış mərasimində ilk öncə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Bağlanış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax bölməsinin rəisi polkovnik-leytenant Fuad Hüseynov, "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, təşkilatın idarə heyətinin üzvləri və Qarabağ qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, musiqi və şeir kompozisiyaları ilə davam edib.
100 gəncin iştirakı ilə baş tutan "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası, 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən "Dəniz pişikləri" komandası hədiyyələrlə mükafatlandırılıb.
Gənclər tərəfindən maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 884 Tarix: 14 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrBakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi
26 oktyabr2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabr