Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI - FOTO/VİDEO
Bir neçə gün əvvəl M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 1 yaşlı Səyyad Bayramovun əməliyyatdan sonra ölməsi ilə bağlı xəbər yaymışdıq.
Lent.az xatırladır ki, körpənin ölümü ilə bağlı əməliyyatı edən həkim Elnur Həsənov saytımıza açıqlamasında 1 yaşlı Səyyad Bayramlının xəstəliyinin Volf-Parkinson-Uayt (WPW) sindromu olduğunu bildirmişdi. Həkimin dediyinə görə, onun əsas kriteriyası bundan ibarətdir ki, istənilən an tam rahat ölüm baş verə bilər: "Əməliyyatdan bir gün sonra, 5 gün sonra, bir il sonra - hər an uşaq ölə bilər. Bu həkimdən asılı olan məsələ deyil. Valideynlər bunu əməliyyatdan əvvəl bilir və imza atır. Heç bir həkim bunu izah etmədən, əməliyyat edə bilməz. Mən 100 % sağaldacam deməmişəm".
Vəfat edən körpənin ailəsi isə Lent.az-a müraciət edərək bildirib ki, Elnur Həsənovun körpədə olduğunu iddia etdiyi "Volf-Parkinson-Vayt" sindromu özünün müayinə etdiyi sənəddə yer almayıb: "Həkimin açıqlamasına inana bilmədik. Necə ola bilər ki, öz səhvini ört-basdır etmək üçün bu cür açıqlama verə. Əgər belə haqlısınızsa, reanimasiyadan və şöbədən olan kamera görüntülərini yayın. Deyin ki, "siz iftira atırsınız". Deyin ki, "uşağı 1 gün sonra ağır vəziyyətdə reanimasiyadan palataya biz düşürtməmişik". Deyin ki, "biz sizdən 5300 manat almamışıq".
Ailə əlavə edib ki, E.Həsənov Səyyadın əməliyyatını sığorta qarşılamır deyərək, onlara bir sənəd verib: "Sonra isə xəstəxananın açıqlamasında bildirildi ki, əməliyyatı sığorta qarşılayıb. Halbuki bizdən əməliyyat üçün 5 300 manat alınıb. Bundan başqa həkim mediaya açıqlama verərək bildirir ki, uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ancaq uşaq sağlam idi. Uşağın bir gün əvvəl videosunu da çəkmişdik".
Bununla yanaşı, ailə həkimin "valideynlər riski bilirdi və buna imza atmışdılar" açıqlamasına da cavab verib:
"Verilən sənəddə ölüm və ya risklə bağlı heçnə yazılmamışdı. Həmçinin bu vərəqdə boş xanalar vardı. Belə güman edirik ki, imza atdıqdan sonra həmin boş hissələr istədikləri formada doldurulub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1613 Tarix: 19 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021