Şəhəri bir-birinə qatan sürücü həbs edildi - YENİLƏNİB + VİDEO

Şəhəri bir-birinə qatan sürücü həbs edildi - YENİLƏNİB + VİDEOBakıda piyadaya yol vermədiyi üçün Dövlət Yol Polisinin qanuni "Saxla" əmrinə tabe olmayan sürücü 20 sutkalıq həbs edilib.

Bu barədə Oxu.Az-a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, sürücü barəsində lazımı tədbir görülüb:

"Sürücüyə 20 sutka həbs verilib. O, sürücülük hüququndan müəyyən müddətə məhrum edilib".

15:59
Ağ rəngli "Volkswagen" markalı 90-RP-760 dövlət nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu sakini Nihat Arif oğlu Sadiqov Mirzəağa Əliyev küçəsində piyadaların hərəkətinə yol vermədiyi üçün ona yol polisi tərəfindən saxlama işarəsi verilib.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Axundov adına parkın yaxınlığında yol-patrul xidməti əməkdaşları ilə sürücü arasında baş vermiş insidentlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, sürücü nəqliyyat vasitəsini saxlayan zaman yol polisi sənədlərin təqdim edilməsini istəyib, həmin şəxs isə sənədləri təqdim etmək adı ilə nəqliyyat vasitəsinə əyləşib və yüksək sürətlə hərəkətini davam etdirib:

"Yol boyu hərəkət edərkən işıqforun qırmızı işığında hərəkətini davam etdirib, digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb, eləcə də Səməd Vurğun-Neftçilər prospekti boyunca kəsişmədən Azneft dairəsinə qədər əks istiqamətli yol zolağına çıxmaqla hərəkətini davam etdirib. Həmin ərazidə polisin saxlama işarəsinə əhəmiyyət verməyib. Beləliklə, sürücünün Axundov adına parkın yaxınlığında süni sıxlıq yaradılaraq əməkdaşlar tərəfindən saxlanılmasına müvəffəq olunub".

Vaqif Əsədov qeyd edib ki, sənədlərin yoxlanılması zamanı etibarnamənin olmamasına görə sürücünün belə hərəkət etdiyi ortaya çıxıb:

"Piyadalara yol verməyən, etibarnaməsiz nəqliyyat vasitəsini idarə edən, işıqforun qırmızı işığında hərəkət edən, əks istiqamətli yol zolağına daxil olan, polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkət edən sürücü barəsində toplanılan sənədlər hazırda Səbail Rayon Polis Bölməsinə təqdim olunub. Sürücü barəsində tərtib edilən sənədlər məhkəməyə göndəriləcək".

14:20
Bakıda yol-patrul xidmətinin əməkdaşları ilə sürücü arasında insident baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Axundov bağının yanında qeydə alınıb.

Kadrlardan görünür ki, əvvəlcə sürücü ilə YPX əməkdaşı arasında mübahisə baş verir, daha sonra məsələyə ətrafdakı yol polisi əməkdaşları da qarışır və sürücünü özləri ilə aparırlar.

Hadisənin səbəbləri məlum deyil. İnsident zamanı yolda sıxlıq yaranıb.

Həmin görüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6155   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr