Okeanın dibində görün nə tapdı? – FOTO
ABŞ-ın Florida ştatının sakini okeanın dibindən 22 milyon yaşlı qədim megalodonun (köpəkbalığı) 15 santimetrlik dişini tapıb.
Fosil ovçuluğu üzrə ixtisaslaşmış səyahət şirkətinin sahibi, dalğıc Maykl Nastasio tapıntını Venesiya sahillərində aşkar edib. O, bunun indiyə qədər tapdığı ən böyük megalodon dişi olduğunu və özündə saxlamaq istədiyini deyib.
"Çox xoşbəxtəm. 11 ilə yaxındır ki, fosilləri axtarıram, bu sahədə ixtisaslaşmış şirkətim var. Minlərlə megalodon dişi və digər fosillər tapmışam. Dəfələrlə müştərilərlə suya dalmışam və hər dəfə bir fosil tapdıqda, onların sevinc qışqırıqlaqrını eşidirəm", - deyə o bildirib.
Megalodon - təxminən üç milyon il əvvəl nəsli kəsilmiş köpəkbalığı növüdür. Müasir böyük ağ köpəkbalığının qohumlarıdır. Uzunluğu 18 metrə çatan bu canlılar Yer üzündə yaşayan ən böyük yırtıcılardan biri hesab olunur. Onların skeleti heç vaxt tam olaraq tapılmadığı üçün uzunluqları barədə məlumatlar dişlərin ölçüsünə əsaslanır.\oxu.az



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2554 Tarix: 26 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü külək əsəcək
Mayın 12-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngiland
11 mayBakıda yanan anbar məşhur şirkətin imiş
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. Qaynarinfo -a istinadən bildirir ki, yanğın gecə saatlarında "Kontakt Home"un anbarından başlayıb. İlkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub. Yanan anbardak
12 mayLondonda azərbaycanlı qadın vəfat etdi - Foto
İngiltərədə azərbaycanlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib. Qeyd edək ki, N.Qasımzadə "Westminster"
12 mayDaha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir. xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub. Həlak olan digə
11 mayBakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı (VİDEO)
Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib. Sakinlər də çətinliklə hərəkət edirlər. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki
12 mayPaşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə
10 may