Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?

Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qruplarına uyğun hazırlanması, dil və məzmun baxımından yoxlanılması, eləcə də valideynlərin və nəşriyyatların məsuliyyəti məsələsi aktuallaşır.

Bəs, uşaq kitablarında bu cür ifadələrin yer alması uşaqların nitqinə, davranışlarına və mənəvi dəyərlərinin formalaşmasına necə təsir göstərə bilər? Müəlliflər, nəşriyyatlar və valideynlər uşaqları zərərli məzmunun mümkün təsirlərindən qorumaq üçün hansı addımları atmalıdırlar?
Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, uşaqlar üçün nəzərdə tutulan kitablar həm nəfis tərtibatı, həm də məzmunu ilə seçilməlidir.

"Əsərlərdə personajların dili, qrammatik üslub və süjet xətti uşaqların düzgün, ifadəli və məzmunlu nitqinin formalaşmasına xidmət etməlidir. Eyni zamanda, müsbət obrazlar uşaqların dünyagörüşünə təsir göstərməli, onlarda yaxşı xüsusiyyətlərə və davranışlara maraq yaratmalıdır. Son zamanlar dünya ədəbiyyatından tərcümələrin və müxtəlif məzmunlu nəşrlərin sayının artması uşaqların mənəvi tələbatlarının qarşılanması məsələsini də aktuallaşdırır. Necə ki, qida məhsulları arasında uşaqların həddindən artıq istifadəsi üçün arzuolunmaz məhsullar var, mənəvi istehlak sahəsində də uşaqlara mənfi təsir göstərə biləcək məzmunlarla qarşılaşmaq mümkündür. Bu baxımdan, uşaq kitablarının məzmununa xüsusi diqqət yetirilməlidir".

Sosioloq bildirib ki, kitabxanalar fondlarına daxil etdikləri nəşrləri qəbul edərkən onların məzmununu, istifadə olunan ifadələri və süjet xəttini diqqətlə nəzərdən keçirməlidirlər:

"Məqsəd uşaqların tərbiyəli, vətənpərvər, dostluğa və qarşılıqlı hörmətə önəm verən fərdlər kimi formalaşmasına töhfə verməkdir. Mən də sizinlə razıyam ki, bəzi uşaq ədəbiyyatı nümunələrində nitq mədəniyyətinə və davranışlara mənfi təsir göstərə biləcək ifadələrə rast gəlinir. Şəxsən mən də belə halları müşahidə etmişəm. Personajların dilində işlədilən bu cür ifadələr uşaqların yalnız nitq mədəniyyətinə deyil, davranış mədəniyyətinə də mənfi təsir göstərə bilər. Uşaq ədəbiyyatının dili sadə və anlaşıqlı olmaqla yanaşı, ədəbi dilin normalarına da uyğun olmalıdır. Əsərlərdəki məzmun uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla təqdim edilməli, onların həm nitq mədəniyyətinin, həm də daxili dünyasının zənginləşməsinə xidmət etməlidir".

Onun sözlərinə görə, digər mühüm məsələ isə milli ədəbiyyatımızda işlənən sözlərin qorunması və uşaqlara çatdırılmasıdır:

"Əvvəlki dövrlərin uşaq ədəbiyyatında xalq dilindən gələn, nəsildən-nəslə ötürülən, nəsihətamiz məna daşıyan çoxlu söz və ifadələr var. Təəssüf ki, bu sözlərə müasir uşaq ədəbiyyatında daha az rast gəlinir. Nəticədə, indiki uşaqlar bəzən on il əvvəl nəşr olunmuş bədii əsərləri oxuyarkən belə, orada işlədilən bəzi sözlərin mənasını anlamaqda çətinlik çəkirlər. Buna görə də uşaq ədəbiyyatında dilin zənginliyinə, sözlərin düzgün və yerində işlədilməsinə xüsusi diqqət yetirilməlidir. Uşaqlar yaşlarına uyğun milli ədəbiyyatı oxuduqda əsərlərdəki obrazların dilini və fikirlərini anlaya bilməli, xalqımızın dil və mənəvi irsi ilə yaxından tanış olmalıdırlar. Bu, onların gələcək nitq və davranış mədəniyyətinin formalaşması baxımından çox vacibdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 113   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Çıxarışsız ev almaq: Ucuz mənzil, yoxsa böyük tələ? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil bazarında çıxarışsız evlər daha ucuz qiymətə təklif olunduğu üçün bəzi alıcılar belə mənzillərə üstünlük verirlər. Lakin sənədi olmayan evin alınması gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, mənzilin başqa şəxsə satılması və əmlak üzərində hüquqların qorunması baxımından ciddi problemlə

27 oktyabr
.

Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda təhsil sistemində süni intellektin tətbiqi genişləndirilir. Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında imzalanan üçillik Anlaşma Memorandumuna əsasən, süni intellekt müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının tərtibi və şagirdlərin biliklərinin qiymətləndirilməs

26 oktyabr
.

Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA

Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın

26 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr