Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - Video

Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - VideoXüsusən də sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş verə biləcək ağır qəzaların qarşısını almaq məqsədi ilə, üç il əvvəl ''yol hərəkətinin təhlükəsizliyi'' nə dair dövlət proqramı hazırlandı. Konkret olaraq proqramda göstərilirdi ki, bu tip nəqliyyat vasitəsinin sürücülərinə nəzarət etmək üçün avtomobillərə ''taxoqraf'' cihazı qurulsun. Yəni onların hərəkəti və neçə saat sükan arxasında olmasına adıçəkilən cihaz vasitəsi ilə nəzarət ediləcəkdi. Amma görünən odur ki, bu proqram tam olaraq icra edilmir. Buna səbəb nədir? Sualımıza aidiyyəti qurumdan cavab öyrənmişik.

Axar.az Xəzər Xəbərə istinadən xəbər verir ki, son günlər sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş vermiş qəzalar həmin nəqliyyat vasitələrinin sürücülərinə nəzarətin ciddi olmamasını göstərir.

Hansı ki, 2019-2023-cü illəri əhatə edən ''Yol Hərəkətinin Təhlükəsizliyi''nə dair dövlət proqramında da var ki, bu tip nəqliyyat vasitələrinə ''taxoqraf'' cihazı qurulmalı idi. Bu cihazla sürücünün hərəkəti həm izlənir, həm də onun sükan arxasında nə qədər olduğu müəyyən edilir. Başqa sözlə desək bu növ nəqliyyat vasitələrinin sürücülərinə ciddi nəzarət edilir. Amma bir neçə gündə həm avtobus həm də yük avtomobilinin sürücülərinin törətdikləri qəzalar onu deməyə əsas verir ki, hələ də dövlət proqramında göstərilənlər sadəcə sənəd üzərindədir.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, yük avtomobilləri və sərnişin avtobuslarının sürücülərinin törətdikləri qəzaları təhlil edərkən müəyyən olur ki, sürücü sükan arxasında ya yuxlayıb, ya da yorğun olub. Ekspert deyir ki, yük maşınlarına və avtobuslara ''taxoqraf'' cihazı quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək mütləqdir.

''Taxoqraf'' hər şeyi qeydə aldığından, yol polisi sürücünün 4 saatdan artıq avtomobil idarə etdiyini aşkar edərsə dərhal onun hərəkəti dayandırılmalıdır. Sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər. Yük avtomobillərinə və sərnişin avtobuslarına ''taxoqraf'' cihazının quraşdırılması Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilməldir.

Sözügedən qurumun rəsmisi Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı beynəlxalq yük və sərnişindaşımada olan nəqliyyat vasitələrində var. Bəs şəhərlərarası yük və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bu cihaz niyə yoxdur?

Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı gizli şəkildə fəliyyat göstərən sürücülərin avtomobilinə quraşdırılmayacaq. Bu yalnız Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı və qanuni icazə vərəqəsi alan sürücülərin avtomobillərinə quraşdırılaraq onlara nəzarət ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1608   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?

Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların

27 oktyabr
.

Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA

Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın

26 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr