DİQQƏT! Bakıda bu yol bağlanıb - VİDEO

DİQQƏT! Bakıda bu yol bağlanıb - VİDEOHeydər Əliyev prospektindən metronun ''Nərimanov'' stansiyasına gedən yol bağlanıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib.

İdarənin müraciətində paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən metronun "Nəriman Nərimanov" istiqamətinə gedən yolun kənarında, yəni Ağa Nemətulla küçəsi, 32 ünvanında yerləşən istismara tam yararsız, yarısökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yarandığı qeyd edilib.

Bildirilib ki, həmin binanın qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında tam sökülməsi qərara alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və istiqaməti dəyişdirilib.

"Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər", – deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, sökülən bina 1950-ci ildə inşa edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1567   Tarix: 27 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?

Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların

27 oktyabr
.

Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA

Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın

26 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr