Mətanət İsgəndərlinin gəlini efirə çıxıb kömək istədi
"Özümə də maraqlıdır ki, hakim nə üçün belə qərar verdi? Dəli, ruhi xəstə deyiləm, sağlam insanam. Nə səbəbə övladlarım əlimdən alındı?".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. "Təsir dairəsi" proqramına gələn Canana 3 övladının əlindən alınmasından danışıb və etirazını bildirib:
"Heç bir psixoloq təyin edilmədən, uşaqlarımın fikri soruşulub. Qəyyumluq qərar verib ki, ev şəraitinə görə uşaqlar ataya verilib. Dayımın evində qalıram. Gəldilər çəkdilər, dayımın yoldaşı dedi ki, evi veririk, qalsın. Özüm dövlət işində çalışıram və gözəllik salonum var.
Hər şeyi Mətanət xanım etdi. Hər dəfə məni alçaldırdı, təhqir edirdi. Deyirdi, bizim ailəni bədbəxt etmisən. Deyirdim, niyə, nə etdim, üç gözəl bala verdim sizə, məni övladlarımın yanında təhqir etmə. Qayıdırdı ki, yaşın çoxdur, övladımı yoldan çıxardın".
Canana bildirib ki, həyat yoldaşı Kərim Həmidovun psixoloji durumu yerində deyil və uşaqlara dəfələrlə şiddət göstərib.
M.İsgəndərlinin oğlu Kərimin vəkili Telman Abdıyev proqrama zəng edərək, sualları cavablandırıb:
"Sanki Kərim yox, Mətanət İsgəndərlidir boşanan. Onun adı çəkilir. Danışılanlar həqiqətə uyğun deyil. Hakimin belə qərarı hüququ əsaslara dayanır. Uşaqlar ataları ilə yaşamağı seçdi. Məhkəmə prosesi zamanı valideynlər çıxarıldı, hər iki tərəfin vəkili iştirak etdi. Hər bir uşaqdan dəfələrlə soruşuldu. Balaca 5 yaşında uşaq dedi, atamla qalmaq istəyirəm. Kərim Həmidovun psixoloji durumu yerindədir. Məhkəmədə bu haqda heç bir iddia qaldırılmayıb".
Canana "Uşağımı döyəndə fotosunu Mətanət xanıma atmışam. Hətta məni döyəndə Mətanət İsgəndərlini çağırdım. Gəlib dedi ki, bunun üzünə bax. Cavab verirəm ki, oğlun döyüb. Qayıtdı ki, əcəb edib döyüb. Qızımın döyülməsi ilə bağlı məhkəməyə hər şey təqdim etdim. Amma işi bağladılar, heç baxılmadı" sözlərini əlavə edib.
Qeyd edək ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqların qəyyumluğu ataya verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabrRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
1 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr