Bakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTO

Bakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTOAzərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, "Qarapapaq Fight Club & Promotion" və "Olimp Pro"nun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Qarapapaq Peşəkar Boks gecəsi" keçirilib.

Sonxeber.az xəbər verir ki, paytaxt Bakıda baş tutan "Qarapapaq Peşəkar Boks gecəsi" Türkün, Qafqazın, Vətənimiz Azərbaycanın milli-mədəni dəyərlərini, bu dəyərlərdən doğan döyüş ruhunu, gücünü simvolizə edir.

Tədbirin əvvəlində şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Gecədə Azərbaycan idman ictimaiyyətinin tanınmış simaları, olimpiya və dünya çempionları, ictimai və siyasi xadimlər, həmçinin biznes dünyasının tanınmış simaları iştirak ediblər.

Tanınmış şoumen Şəhriyar Əbilovun aparıcılıq etdiyi tədbirdə ilk olaraq açılış sözü ilə "Qarapapaq Fight Club & Promotion"-un prezidenti Aqil Acalov çıxış edib. O, əldə olunan zəfərin səbəbkarlarını yad edib və xalq olaraq istər şəhid, istər qazi, istərsə də Vətən müharibəsinin digər iştirakçılarına bu gün çox şey borclu olduğumuzu vurğulayıb.

Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün idmanın əsas vasitələrdən biri olmasından və bu sahənin inkişafının vacibliyindən danışan Aqil Acalov bildirib ki, klubun təkcə peşəkar boks yarışları deyil, o cümlədən MMA, ciu-citsu, kikboksinq növləri üzrə də bir sıra turnirlərinin keçirilməsi nəzərdə tutulub və bu turnirlərin yalnız ölkəmizdə deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da həyata keçirilməsi planlaşdırılır.

Daha sonra "Olimp Pro Sport Organization"un təsisçilərindən, eyni zamanda "Motivator Azerbaijan" layihəsinin təsisçisi Rüfət Həsənov öz çıxışında ölkəmizdə peşəkar idmanın inkişafına yönəlmiş perspektivlərdən, "Olimp Pro"nun yaradılmasının məqsəd və qayələrindən söz açaraq bu yolda daim idmançılarımıza dəstək olmağa hazır olduqlarını bildirib. O, idmançılarımızın hər zaman bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışmalı olduqlarını deyərək, idmanın bunun üçün xüsusi fürsət olduğunu vurğulayıb.

"Olimp Pro Sport Organization"un digər təsisçisi, eyni zamanda "Azart Tuning" qrupunun yaradıcısı Arif Zeynalov da, öz növbəsində, ölkəmizdə idmana olan diqqət və qayğıdan danışıb. O, Azərbaycanda idmanın bu qədər inkişafında dövlətin və bilavasitə dövlət başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı olaraq, ölkə başçısının bu sahəni hər zaman xüsusi diqqətdə saxladığını vurğulayan A. Zeynalov idmanın Vətənimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik olduğunu deyib.

Açılış sözünə davam edən Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti, müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu Fərhad Acalov, qalib ölkənin vətəndaşları olaraq, xalqımızı hər zaman bütün sahələrdə hamıdan güclü olmaq üçün mübarizə aparmaqda israrlı olmağa səsləyib və bu səbəbdən peşəkar boks üzrə dünya çempionlarını yetişdirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.

Bakı İdman Sarayında baş tutmuş turnirdə orta və ağır çəki dərəcələrində 12 peşəkar boksçunun iştirakı ilə ümumilikdə 6 döyüş keçirilib. Qaliblərə pul və digər qiymətli hədiyyələr təqdim olunub.

Həmin döyüşlərin və idmançıların siyahısını təqdim edirik:

1. Mustafazadə Ağasəlim – Bəbirov Əzrək. Bəbirov Əzrək hakimlərin yekdil qərarı ilə qalib gəlib.
2. Nicat Məhərrəmov – Kazımov Kənan. Kazımov Kənan hakimlərin yekdil qerarı ilə qalib gəlib.
3. Babayev Ramazan – Abdullayev Nihat. Abdullayev Nihat texniki nokaut ilə qalib gəlib.
4. Qurbanov Xanbala – Məmmədov Ruslan. Məmmedov Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəlib.
5. Şəmiyev Zabeh – Ağayev Rauf. Ağayev Rauf hakimlərin yekdil qərarı ilə qalib gəlib.
6. Camaluddinov Azədullah – Tarverdi Fuad. Tarverdi Fuad hakimlərin yekdil qərarı ilə qalib gelib.
9. Heydərov Pərvin – Həsənov Nicat. Döyüş heç-heçə başa çatıb.

Bakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTOBakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTOBakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTOBakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTOBakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTOBakıda Zəfər Gününə həsr olunan "Qarapapaq Peşəkar Boks gecəsi" - FOTOZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1327   Tarix: 02 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF

23 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib

Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib

23 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr