"Neftçi"nin matçında 5 qol vuruldu - VİDEO

"Neftçi"nin matçında 5 qol vuruldu - VİDEONoyabrın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Axar.az xəbər verir ki, "Zəfər turu"nun ilk oyun gününün birinci görüşündə "Sabah" klubu "Bank Respublika Arena" stadionunda "Zirə" komandasını qəbul edib. Görüş 3:3 hesabı ilə başa çatıb.

Görüş erkən qolla başlayıb. 55-ci saniyədə "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikels hesabı açıb. Almaniyalı futbolçu bununla mövsümün ən erkən qolunu vurub. Cəmi dörd dəqiqə sonra qonaqlar tarazlığı bərpa ediblər. Davit Volkov adını tabloya yazdırıb. Matçın 23-cü dəqiqəsində Mikels özünün və komandasının ikinci qoluna imza atıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə Xuan Kamara hesab arasındakı fərqi minimuma endirib. İspaniyalı oyunçu fasilədən dərhal sonra ikinci sarı vərəqəni görərək meydandan qovulub. Say üstünlüyündən istifadə edən "qartallar" 59-cu dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıblar. Volkov dublunu rəsmiləşdirib. Görüşdə son nöqtəni də gürcüstanlı hücumçu qoyub. Qarşılaşmanın 82-ci dəqiqəsində fərqlənən forvard həm komandasını məğlubiyyətdən xilas edib, həm də mövsümün ilk het-trikini gerçəkləşdirib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Zirə" üçüncü pilləyə yüksəlib. Səkkiz xalı olan "Sabah" isə sonuncu sıradan xilas olaraq yeddinci yerə qalxıb.

Xatırladaq ki, günün digər qarşılaşmasında 17 xalla ikinci sırada qərarlaşan "Neftçi" yeddi xalla yeddinci yerdə olan "Keşlə"nin qonağı olacaq. "ASK Arena" stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

"Zəfər turu"nda günün ikinci matçı "Keşlə" və "Neftçi" komandaları arasında olub.

"ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1380   Tarix: 06 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF

23 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib

Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib

23 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr