"Bugünkü zəfər sevincini Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə borcluyuq" - Emil Əkbərovla MÜSAHİBƏ

"Bugünkü zəfər sevincini Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə borcluyuq" - Emil Əkbərovla MÜSAHİBƏBu gün, 8 noyabr tarixində tək Şuşa işğaldan azad edilməyib, həm də qəhrəman qardaşlarımız igidlikləri ilə Azərbaycan tarixini yenidən yazıblar.

Zəfər Günümüz münasibətilə "BİG Media" MMC-nin direktoru Emil Akbarov Sonxeber.az-a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Bu gün Azərbaycanın 44 günlük müharibədə tarixi qələbə qazanmasından və Şuşanın işğaldan azad edilməsindən bir il ötür. Emil bəy, ilk olaraq istərdik 1 il öncəyə qayıdaq. Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edildiyi müjdəsini verəndə keçirdiyiniz hissləri bizimlə bölüşərdiniz.

- Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi tək torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu 44 gün ərzndə düşmən və onun havadarları Azərbaycan xalqının sahib olduğu gücü və illərlə ürəyində böyütdüyü Vətən sevgisini gördü. Sentyabrın 27-si tək Vətən müharibəsinin başlandığı gün deyil, həm də illərlə bizə qarşı yönələn haqsızlığa son qoyulduğu tarixdir. Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsini gözləsək də, təəssüf ki, bununla məşğul olan dövlətlərin və təşkilatların ikili münasibəti ərazi bütövlüyümüzü öz gücümüzə bərpa etməyə səbəb oldu. Ötən ilin iyulunda Tovuz istiqamətində və sentyabrın 26-dan 27-nə keçən gecə Ermənistan ordusunun bütün cəbhə boyu etdiyi təxribatlar bizim səbrimizin daşmasına səbəb oldu, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etmək qərarına gəldi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz sahib olduğumuz gücü və savaş mədəniyyətini bütün dünyaya göstərdi. Döyüş meydanında darmadağın edilən və qorxaqcasına əsgərlərimizin qarşısından qaçan erməni silahlı qüvvələri 44 gündə onlara verdiyimiz bu ağır dərsi heç vaxt unutmayacaqlar. Şuşanın, eləcə də digər şəhər və rayonların azad edilməsi istiqamətində aparılan döyüşlər müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.

Vətən müharibəsində müasir texnika ilə təchiz edilən Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyəti ilə qısa müddət ərzində düşməni darmadağın edərək, ərazi bütövlüyümüzü bərpa etdik. Bu gün bir çox böyük dövlətlər Azərbaycan ordusunun cəmi 44 gün ərzində nail olduğu qələbənin sirrini öyrənməyə, döyüş praktikamızdan bəhrələnməyə çalışır. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəmir iradəsi, yüksək diplomatik və liderlik qabiliyyəti ilə bütün cəbhələrdə qalib gələrək güclü sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Artıq biz Anım Günlərində şəhidlərimizin məzarını başıaşağı deyil, onların intiqamını alan qalib ölkənin qürurlu vətəndaşları kimi ziyarət edəcəyik.

Ən önəmlisi isə, bizim, eləcə də öz doğma yurdlarından qovulan soydaşlarımızın övladları və gələcək nəsillər Qarabağa həsrət böyüməyəcək. Vaxtı ilə ayaqyalın öz doğma yurdlarından vəhşicəsinə çıxarılan uşaqlarmız illər sonra güclü Azərbaycan dövlətinin və ordusunun qalib əskərləri, vətənaşları kimi o torpaqlara geri qayıtdılar. Biz bu şanlı və möhtəşəm qələbəni Ali Baş Komandanımıza, son nəfəsinə qədər qəhrəmancasına vuruşan, yaralı döyüş yoldaşını xilas etmək üçün düşünmədən öz bədənini sipər edən, torpağına canını qurban verən şəhidlərimizə, Vətəni uğrunda sağlamlığını fəda edən qazilərimizə və adını bilmədiyimiz qəhrəmanlarımıza borcluyuq.

Bu gün Azərbaycan xalqı Şuşanın işğaldan azad edildiyi günü qürurla Zəfər Günü kimi qeyd edir. Ali Baş Komandanımızın bu illər ərzində ordu quruculuğu sahəsində apardığı uğurlu siyasət, hərbi texniki bazanın gücləndirilməsi və Silahlı Qüvvələrimizdə yüksək döyüş qabiliyyətininn artırılması əslində bu gün qeyd etdiyimiz torpaqlarımızın işğaldan azad ediləcəyi günün heç də uzaqda olmadığından xəbər verirdi. Zamanında doğma dədə-baba yurdlarını ayaqyalın tərk edən gənclərimiz ötən ilin sentyabr ayının 27-də tank belində öz rayonlarını işğaldan azad etməyə yollandı. Artıq hər şey geridə qalıb. 30 il danışılan yalanlara dözən Azərbaycan cəmi 44 gün ərzində öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdi. Bu gün bir çox böyük dövlətlər ordumuzun 44 gün ərzində istifadə etdiyi taktikanı öyrənir. Biz bugünkü zəfər sevincini Ali Baş Komandana, qanları ilə tarix yazan şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə borcluyuq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

- 44 gün davam edən Vətən müharibəsində jurnalistlərimizin də əməyi danılmazdır. Belə ki, media olaraq, sizin komanda da düşmənin yaymağa çalışdığı yalan informasiyaların qarşısını almaq üçün var gücü ilə çalışdı. Sizcə, mediamız da, Azərbaycan ordusu kimi, bu müharibədən üzüağ çıxa bildimi?

- Bilirsiniz ki, Vətən müharibəsi başladığı gündən etibarən ölkədə internetə giriş məhdudlaşdırıldı. Belə bir şəraitə onlayn media üçün fəaliyyətin nə qədər çətin olması heç kəsə sirr deyil. Amma Azərbaycan mediası bu çətin sınağın öhdəsindən layiqincə gəldi. Eləcə də bizim komanda. Düzdür, iş olan yerdə səhvlərin olması normaldır. Önəmli olan odur ki, arxa cəbhədə düşmənin yalan informasiya dəyirmanının onun və havadarlarının arzuladığı səviyyədə fəaliyyət göstərməsinin qarşısını ala bildik. Bu məsələdə də cənab Prezident İlham Əliyevin zəhməti böyükdür. Belə ki, cənab Prezident 44 gün ərində bir çox ölkənin tanınmış kütləvi informasiya vasitələrinə müsahibə verərək, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Cənab Prezident sahib olduğu yüksək diplomatik qabiliyyəti ilə təxribatçı suallara belə, böyük müdrikliklə cavab verərək Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququna malik olduğunu bütün dünyaya göstərdi. Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsində, döyüş meydanında olduğu kimi, informasiya savaşında da bizi qalib etdi. Bu gün qalib ölkənin media qurumlarının rəhbəri olmaq məni qürurlandırır.

- İkinci Qarabağ müharibəsində yenidən sivil insanların, günahsız körpələrin düşmən tərəfindən öldürüldüyünün şahidi oldu. Döyüş meydanında ordumuzun qarşısında qaçan düşmən gücünün sadəcə uşaqlara, qocalara və sivil vətəndaşlara çatdığını bir daha göstərdi.

- Dinc əhaliyə silah açmaq, onları öldürmək ən böyük müharibə cinayətidir. Əslində, mənfur erməni terrorçu birləşmələrindən bu cür vəhşilik gözlənilən idi. Çünki ağlı başında olan insan uşağa necə əl qaldıra bilməz! Ermənilər Gəncədə, Bərdədə və digər rayonlarda törətdikləri qətllərlə necə vəhşi millət olduqlarını göstərdilər. Düzdür, torpaq uğruna qələbə qazanmaq üçün itki qaçılmazdır. Bu, başa düşüləndir. Lakin döyüşdə deyil, dinc əhaliyə hücum edərək mübarizə aparmaq qorxaqlığın əlamətidir. Dinc əhaliyə belə divanı ən qansız düşmən tuta bilər. Dünya bunu qəbul etmir. Körpələrə silah açanları vandallıqda günahlandırır. Bu, şərəfsizliyin pik nötqəsidir. Vəhşi təbiətdə belə, heyvan yem kimi gördüyü digər heyvanın övladına hücum etmir. Bunlar heyvandan da betərdirlər. Nifrətləri o qədər böyüyüb ki, onlar körpə uşaq da tanımırlar. Çox şükürlər olsun ki, biz onlardan qisasımızı aldıq və gücümüzü döyüş meydanında göstərdik. Biz kişi kimi vuruşduq. Körpələrə, dinc əhaliyə güllə atmadıq. İkinci Qarabağ müharibəsində Azərbaycan işğaldan azad olunmuş torpaqlardan sivil insanların çıxması üçün vaxt verməklə ordusunun gücündən əlavə, humansitliyini də göstərmiş oldu.

- "BİG Media" MMC-nin Qarabağ bürosunun açılmasını planlaşdırırsınızmı?

- Əlbəttə, çox istərdik ki, Şuşada da bizim ofisimiz olsun. Hazırda Qarabağda bərpa və yenidənqurma işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənmə işləri yekunlaşdıqdan və insanların rahat yaşayışını təmin etmək üçün lazım olan bütün infrastruktur qurulduqdan sonra məcburi köçkünlərimizin öz doğma yurdlarına köçürülməsi prossesi başlayacaq. Əlbəttə, bütün bu mərhələlər bitdikdən sonra Sonxeber.az və BiG.AZ-ın Şuşa bürosunu yaratmağı çox arzulayıram.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1403   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın

26 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr