"Squid Game"dəki nabatın RESEPTİ - Cəmi 2 inqrediyent və 5 dəqiqə - VİDEO
"Netflix" istehsalı olan və qısa zamanda dünyanı fəth edən "Squid Game" filmində göstərilən nabatın əslində çox sadə resepti var.
BİG.AZ bu gün oxuculara bu məşhur şirniyyat haqqında danışacaq.
9 hissədən ibarət film nümayiş olunduqdan sonra Koreyanın hər bir sakininə uşaqlıqdan tanış olan, "Dalgona Candy" adlalan nabat bütün dünyada tanınıb. Hətta sosial şəbəkələrdə "Dalgona Candy" çellenci də yayılıb.
Onun iştirakçıları şirniyyatı hazırlayıb, film qəhrəmanları kimi, üzərindəki fiqurları iynə ilə sındırmadan çıxarmağa çalışırlar.
Bəs bu nabat necə hazıranır?
Lazım olan ərzaqlar: 2-3 qaşıq şəkər tozu və bir çimdik soda.
İlk öncə şəkəri dəmir çömçədə vam xodda, taxta çubuqla qarışdıraraq əritmək lazımdır.
Şəkər qızılı rəngə çaldıqda ocağın üzərindən çəkib, bir çimdik soda əlavə olunur və bir az da qarışdırılır.
Qarışım perqament kağızının ("kalka") yaxud kiçik silikon xalının üzərinə tökülür. Üstünə "kalka" qoyulub boşqab (qazan), yaxud oxlovla düzləşdirilir.
Daha sonra kağızı çəkib, nabatın üzərinə istənilən fiqur və ya təsvir həkk olunur.
Bu qədər sadə! Ümid edirik, siz də fiquru qırmadan çıxara biləcəksiniz :) Lakin ehtiyatlı olun, çünki bu nabatı bişirərkən yananlar da olub.
Nuş olsun!

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1757 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır
Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik
23 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrSinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır
Sinqapur hökuməti avtobuslarda ictimai asayişin pozulmasına görə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir. xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir. Yeni qaydalar sentyabrın 23-dən qüvvəyə minəcək. Bildirilir ki, ictimai nəqliyyatda yüksə
23 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrTelefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabr