"Bəxtim gətirib ki, Azərbaycan dilini yaxşı bilmirəm"

"Bəxtim gətirib ki, Azərbaycan dilini yaxşı bilmirəm"Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

İtaliyalı mütəxəssis Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

"Əvvəlcə Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə matçlarda da nümayiş etdirdik. Daha da inkişaf etməliyik".

65 yaşlı mütəxəssis AFFA-nın türkiyəli baş məşqçilərlə danışıq aparmaları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib: "O baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm. Saytları, qəzetləri oxumuram. Açığı, heç maraqlanmıram da. Mən öz işimə köklənmişəm. Seçmə mərhələdən əvvəl heç kim bizim qrupu ilk 2 sırada tamamlayacağımızı gözləmirdi. İlluziyalarla yaşamamlıyıq. Bizə vaxt lazımdır. Nəyisə 1 gündə dəyişmək olmaz".

O, yığmaya dəvət etdiyi Mert Çeliklə Cəlal Hüseynova şans verəcəyini istisna etməyib: "Mertin problemi var. Onu bərpa etməyə çalışacağıq ki, ehtiyat skamyamız geniş olsun. Cəlal gənc oyunçudur. Çıxışını bəyənirəm. 2 oyundan birində ona şans verməyi düşünürəm".

Mahir Emrelinin uzun müddətdir yığmada qol vura bilməməsinə də toxunan De Byazi bildirib ki, hücumçu bu gün sakit oynamalıdır: "Həm ayaqla, həm də başla fərqlənə bilir. Öz gücünü meydanda ortaya qoymalı, qol barədə düşünməməlidir. Qol özü gələcək".

İtaliyalı mütəxəssisin sözlərinə görə, bu gün meydanda fərqli heyət olacaq: "Bu, bəhanə deyil. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar. Lüksemburq yaxşı komandadır. 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Gənc futbolçuları səviyyəli komandalarda çıxış edir. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Müəyyən layihə hazırlanmalıdır. Bundan sonra inkişafa nail olmaq olar".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçına saat 21:00-da start veriləcək./milli.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2975   Tarix: 11 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF

23 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib

Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib

23 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr